
Türkoloq-alim: Ankara Bəyannaməsinin imzalaması digər türk dövlətlərinə bir mesajdır
Yusif Nəzərli
09:45 30.01.2025
Siyasət
649
Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüşün nəticələrinə dair Ankara Bəyannaməsi imzalanıb. Bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında ikinci üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında bildirib. O qeyd edib ki, bəyannamə ilə birlikdə üç ölkə arasında əməkdaşlığa dair Yol Xəritəsi də müəyyənləşib.
Görünən odur ki, bu görüş və imzalanan Ankara Bəyannaməsi türk dövlətləri arasında strateji əməkdaşlığın daha da dərinləşdiyini göstərir. Xüsusilə nəqliyyat, iqtisadiyyat və təhlükəsizlik sahələrində yeni təşəbbüslərin reallaşdırılması diqqət çəkir. Orta Dəhlizin gücləndirilməsi və Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa işlərinə dəstək məsələsi də bəyannamənin önəmli hissələrindən biridir. Eyni zamanda, Azərbaycanın COP29 və AQEM-dəki sədrlik rolunun təsdiqlənməsi və Türk Dövlətləri Təşkilatı çərçivəsində beynəlxalq siyasətdə vahid mövqenin gücləndirilməsi regional və qlobal arenada türk dövlətlərinin təsirini artırmaq baxımından mühüm addımdır.
AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli “Sherg.az”a bildirib ki, hazırda Türk Dövlətləri Təşkilatının (TDT) əsas gücü məhz üç türk dövlətinin üzərinə düşür:

“Yəni Türkiyə, Azərbaycan və Özbəkistanın birgə əməkdaşlığı günü-gündən daha inkişaf edir və bu, TDT-nı da gücləndirir. TDT-nın güclənməsinin əsas mərkəzi olaraq Türküstanda Özbəkistanın Qazaxıstandan daha ön plana çıxması təsadüfi deyil. Özbəkistan İslam Kərimovdan sonra böyük bir mərhələ adlayıbdır. Ona görə də Ankarada üç türk dövlətinin bir araya gəlməsi və Yol Xəritəsi müəyyənləşdirməsi çox mühim addımdır. Sözügedən hadisə türk dövlətləri və xalqlarının tarixində önəmli prosesdir. Əlbəttə, indiyə qədər Türk Dövlətləri Təşkilatı böyük bir mərhələ keçib və hazırda TDT-nın yeni bir mərhələdə olduğunu görürük. Türk Dövlətləri Təşkilatının inkişafı dünyada yeni güc mərkəzinin müəyyənləşməsi deməkdir. Yol Xəritəsi Ankaradan və Hələbdən Daşkənd, Astana, Aşqabad və Bişkekə qədər uzanan gücün bərkiməsidir. Hələb adını təsadüfi demirəm, Hələb Suriya ərazisində olmağına baxmayaraq türklərin yaşadığı coğrafi məkandır. Suriyada və İraqda gedən proseslərin fonunda baş verən hadisələr bizim üçün yeni qapıların açılmasıdır. Yeni Yol Xəritəsini əsas mahiyyəti Qərb ucunda Türkiyə, Qərb və Şərqin ortasında Azərbaycan, Şərq tərəfdə isə Özbəkistanın birgə fəaliyyəti ilə TDT-nın güclənməsidir. Türkiyə, Azərbaycan və Özbəkistanın Ankara Bəyannaməsini imzalaması digər türk dövlətlərinə bir mesajdır. Bunda sonra da üç ölkə əlaqələri və Türk Dövlətləri Təşkilatı yüksək səviyyədə inkişaf edəcək”.
Oxşar xəbərlər
Həm Özbəkistan, həm də Azərbaycan üçün çox böyük və mühüm bir mərhələ başlayır -Şərh
21:44 23.08.2026
Rəsmi Daşkənd: Azərbaycan Prezidentinin Özbəkistana səfəri çərçivəsində çox mühüm sənədlər imzalanıb
17:27 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib
16:42 23.08.2026
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi