Üçtərəfli görüş ! - Nəyi müzakirə edəcəklər ? – ŞƏRH
Fidan Həmişəyeva
11:34 12.06.2020
Siyasət
954
İran, Türkiyə və Rusiya prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçiriləcək. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi Suriyaya aid məsələlərlə bağlı prezidentlər səviyyəsində görüşün videokonfrans formatında keçiriləcəyi barədə məlumat yayıb.
Virtual sammitdə İran, Türkiyə və Rusiya prezidentləri bölgədə gedən son prosesləri, Suriya ilə əlaqəli ən vacib məsələləri və gərginliyin azaldılması üçün həll yolunun tapılmasını nəzərdən keçirəcəklər.
Görüşdə müzakirə ediləcək məsələlərlə bağlı “Sherg.az”a danışan politoloq Sədrəddin Soltan bildirib ki, İran, Türkiyə və Rusiya prezidentlərinin görüşü ilk dəfə Soçidə oldu. Onlar əsasən Suriya məsələsini müzakirə etdilər. Analitik bildirib ki, Suriya məsələsində bir çox istiqamətlərdə Rusiya ilə İranın mövqeləri üst-üstə düşsə də, Türkiyə ilə fərqli mövqedə idilər:
“Çox güman ki, yeni nəzərdə tutulan görüşdə İdlibin təhlükəsizliyi və Türkiyə silahlı qüvvələrinin fəaliyyətində Rusiyada İran yönlü qüvvələrin maneəsinin aradan qaldırılması müzakirə oluna bilər. Çünki bir tərəfdən Liviyada qiyamçı feldmarşal Xəlifə Hafterin fəaliyyətinə də yenə bu 3 dövlətin fərqli yanaşması var. Türkiyə milli barışıq hökümətinin hakimiyyətini müdafiə edir, Rusiya və İran isə Hafteri müdafiə edir. Hesab etmək olar ki, Liviyanın perspektivi də bu söhbətin başlıca mövzularından ola bilər”.
Politoloqun fikrincə, görüşdə koronavirus dövründə ölkələrarası iqtisadi əlaqələrin bərpası və virusun vurduğu ziyanın aradan qaldırılması üçün ölkələrin bir-birinə yardımı müzakirə oluna bilər:
“Çox güman ki, ABŞ-ın bölgədəki nüfuzu və ABŞ hərbçilərinin İraqdan çıxarılması kimi məsələlər də prezidentlərin müzakirə edəcəyi mövuzlardan ola bilər. Bütün hallarda hər 3 ölkə region dövlətidir və regionda baş verən hadisələrə təsir etmə imkanları var. Məsələn, İraqdakı vəziyyət, orada yeni baş nazirin seçilməsi və ona münasibət heç də bütün ölkələrin eyni mövqedən yanaşması ilə müşahidə olunmur. İran tərəfi yeni baş nazirin hökümət başında olmasını arzulamır, yaxud ona elə də səmimi yanaşmır. Türkiyə və Rusiya isə baş naziri qəbul edir. Yəni 3 ölkənin regiondakı məsələlərə fərqli münasibət var. Amma bu münasibətlərin olmasına baxmayaraq, müxtəlif təzadlı və zidiyyətli məsələlərin birgə müzakirə edilməsi baş verir. Xüsusən bizim üçün maraqlı olan Türkiyənin az ziyanla proseslərə və terrorçuluğa qarşı mübarizəsini davam etdirməsinə təsir göstərə bilməsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Armine Marqaryanın fikirləri reallığı əks etdirir - Fazil Mustafa
19:07 30.06.2026
Gündəm
Karapetyan Paşinyanı təhdid etdi
18:27 30.06.2026
Region
Litvanın yeni Baş naziri seçilib
18:23 30.06.2026
Dünya
Avropaya dəhşətli istilər qayıdır: Təhlükəli səviyyə...
18:05 30.06.2026
Ekologiya
I Bakı Türkoloji qurultayın gizlinləri - mətbuat nə yazırdı?
17:32 30.06.2026
Tarix
Xameneinin cənazəsi İraqa aparılacaq
17:29 30.06.2026
Dünya
Prezident İlham Əliyev Delsi Rodriqesə başsağlığı verib
17:15 30.06.2026
Gündəm
İran XİN: Qalibafın Azərbaycana səfəri uğurlu olub
16:58 30.06.2026
Siyasət
İdmanla enerji içkisi əks qütblərdə dayanır - Həkim-terapevt
16:56 30.06.2026
Sağlamlıq
Putin və Tokayev arasında telefon danışığı oldu
16:41 30.06.2026
Dünya
İran ABŞ ilə danışıqlara başlamaq üçün şərt irəli sürdü
16:32 30.06.2026
Gündəm
Azərbaycanlı ata doğum evində qızını oğlanla dəyişib, qaçdı
15:36 30.06.2026
Maraqlı
Peruda ilk dəfə qadın prezident seçildi
15:24 30.06.2026
Ekologiya
Yeni peşə təhsili ixtisasları yaradılıb
15:11 30.06.2026
Elm və Təhsil
Daha 6 itkin-şəhid dəfn olunacaq
15:04 30.06.2026
Hərbi