Ukrayna Belarusdakı səfirini geri çağırdı

Ukrayna Belarusdakı səfiri İqor Kizimi geri çağırıb. 
TASS xəbər verir ki, ölkənin xarici işlər naziri Dmitri Kuleba səfiri məsləhətləşmələr üçün çağırdıqlarını bildirib:
“Səfirin geri çağırılmasını tarixdə ilk dəfə etdik. Bunu Minskin qəbuledilməz addımlarına görə etməli olduq”.