“Ukrayna daim Azərbaycanın yanındadır”- Qərb də dəstək verməlidir
Fidan Həmişəyeva
12:44 30.09.2020
Siyasət
671
“Çünki “Şərq tərəfdaşlığı” proqramında ölkələrin ərazi bütövlüyünün təmin olunması prinsipi əsas prinsiplərdən biridir”
“Ukraynanın mövqeyi bizim üçün çox vacib və əhəmiyyətlidir. Fikrimcə, bu, Qərb üçün də əhəmiyyətli olmalıdır”
Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba da açıqlama verib:
“Azərbaycan bizim ərazi bütövlüyümüzü beynəlxalq səviyyədə tanınan sərhədlər daxilində dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”.
Qeyd edək ki, Ukrayna əvvəlki illərdə də Ermənistanın yürütdüyü işğalçı siyasəti pisləyib. Tovuz hadisələrində olduğu kimi yenə də Kiyev Bakıya dəstəyini ifadə edir. Təbii ki, indiki məqamda bu dəstək ölkəmiz üçün vacibdir. Ümumiyyətlə, Azərbaycan-Ukrayna strateji tərəfdaş ölkələrdir. Bu baxımdan ölkəmiz də Ukraynaya oxşar hadisələr zamanı tam dəstəyini bəyan edir.
Ukraynanın mövqeyinin təqdirəlayiq olduğunu deyən politoloq İlqar Vəlizadə “Sherg.az”a bildirib ki, rəsmi Kiyev bütün beynəlxalq norma və prinsipləri dəstəkləyir. Analitikin fikrincə, Ukraynanın bu mövqeyi Avropa və ATƏT üçün bir göstərici olmalıdır:
“Avropa, xüsusilə Qərb həmişə Ukraynanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyib. İndi isə Qərbin dəstəklədiyi Ukrayna da Azərbaycanın yanında olduğunu bildirir və Ermənistanın siyasətini pisləyir.
Düşünürəm ki, bu fonda Qərbin də Azərbaycana dəstəyi olmalıdır. Çünki Şərq tərəfdaşlığı proqramında ölkələrin ərazi bütövlüyünün təmin olunması prinsipi əsas prinsiplərdən biri idi. Hətta son sammitdə deklarasiya qəbul olunub. Ermənistan Şərq tərəfdaşlığının üzvüdür.
Amma bu prinsipi kobud şəkildə pozur. Düşünürəm ki, belə vəziyyətdə Ermənistanı şərq tərəfaşlığından çıxarmaq, yaxud ona sanksiyalar tətbiq etmək lazımdır.
Məsələn, Qərb tərəfindən Ukraynanın əleyhinə çıxış edən Rusiyaya sanksiyalar tətbiq olunur, Ermənistana isə yox. Ukraynanın mövqeyi bizim üçün çox vacib və əhəmiyyətlidir. Fikrimcə, bu, Qərb üçün də əhəmiyyətli olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat