Ümidlər doğrulmadı!- “Saakaşvili iddialarında geri çəkilmiş kimi görsənir”
Fidan Həmişəyeva
09:23 02.11.2020
Siyasət
831
Oktyabrın 31-də Gürcüstanda keçirilən 10-cu çağırış parlament seçkilərində hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası qalib gəlib. Gürcüstan Mərkəzi Seçki Komissiyası (CESKO) səslərin sayılmasının 99.7 faizini tamamlayıb. Nəticələrə əsasən hakim partiya səslərin 48,16 faizini qazanıb.
Hakim partiyanın ən yaxın rəqibi olan “Vahid Milli Hərəkat - Birləşmiş Gürcüstan” seçki bloku isə ümumi səslərin 27,12 faizini toplaya bilib. Mixael Saakaşvilinin Vahid Milli Birlik Partiyasının təmsil olunduğu müxalif "Güc və Birlik" bloku 25,94 faiz səs yığa bilib.
Qeyd edək ki, parlament seçkilərindən öncə Gürcüstanın sabiq prezidenti Mixael Saakaşvili seçkilərdə üstünlük əldə edəcəyinə ümid edirdi. Saakaşvili seçkilərdə qalib gəldikdən sonra hətta Gürcüstana geri dönəcəyini də bəyan etmişdi. Lakin nəticələr gözlənilən kimi olmadı.
Bəs, indiki məqamda Saakaşvili komandası yenidən revanş götürə bilərmi?
Seçkilərin nəticələrinə dair fikirlərini “Sherg.az”la bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, əvvəlcədən də müəyyən ehtimallar var idi ki, “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası qalib gələcək. Bu ehtimallar da özünü doğrultdu:
“Düzdür, Saakaşvili qəti qələbəyə əmin idi və deyirdi ki, seçkidə qələbə çala bilər. Amma buna nail ola bilmədi. Müəyyən qədər səs toplaya bildi. Lakin bunu ciddi nəticələr adlandıra bilmərik.
Saakaşvilinin ümidi var idi ki, ölkəsinə qayıtsın. Artıq bu ümidlər də özünü doğrultmadı. Etiraf edək ki, Saakaşvili indi iddialarında geri çəkilmiş kimi görsənir. Seçkilərin nəticələrinə dair müəyyən etirazlar olacaq, müxalifət seçki nəticələrini tanımayacaq.
Amma bir az sonra bu etirazlar da səngiyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə