Vaşinqton-Ankara tərəfdaşlığının yeni dönəmi
Turan
10:28 31.07.2020
Siyasət
775
Aralıq dənizindəki hərbi təlimlərlə sadəcə Rusiyaya mesaj verilmədi
ABŞ və Türkiyə Aralıq dənizində birgə hərbi təlim keçirib. Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, təlimdə Türkiyə Hərbi Dəniz Donanmasının “Kemalreis” freqatı və ABŞ-ın “Eisenhower” aviadaşıyıcısı iştirak edib. Təlimlər Aralıq dənizinin mərkəzi və şərq hissəsində keçirilib. Məlum olduğu kimi İran da Hörmüz boğazında hərbi təlimlərə başlayıb.
Türkiyənin isə Cənubi Qafqazda və Aralıq dənizində fəallıq nümayiş etdirdiyi bəllidir. Rusiyanın genişmiqyaslı təlimləri də davam etməkdədir. Regionun bütün ölkələrinin hərbi təlimlər keçirdiyi bir zamanda ABŞ və Türkiyə arasında, özü də Aralıq dənizində birgə təlimlərin keçirilməsi Moskvaya və Tehrana mesaj kimi dəyərləndirilir.
Birgə təlimləri “Şərq”ə dəyərləndirən politoloq Rusif Məmmədsoy bildirib ki, ABŞ və Türkiyə NATO üzrə müttəfiqdirlər və iki dövlət arasında uzun illərdir davam edən tərəfdaşlıq var. Ekspert Ankara və Vaşinqtonu birləşdirən başqa məsələlərə də diqqət çəkib:
“ABŞ və onun müttəfiqlərini narahat edən məqam Rusiyanın sərhədlərindən xeyli kənara irəliləməsidir. Bildiyimiz kimi hazırda ən gərgin vəziyyət məhz Aralıq dənizinin şərqində və Yaxın Şərq regionunda müşahidə edilir.
Amerika əksər regionlarda müttəfiqi Türkiyə ilə birgə hərəkət etməyə məcburdur. Həm də ABŞ-la münasibətlərində zaman-zaman soyuqluq yaşayan Türkiyə əks güc sayılan Rusiya ilə tərəfdaşlıq etsə də, çoxsaylı fikir ayrılıqları ortaya çıxdı. Bu da normaldır.
Ankaranın regiondakı maraqları Moskva ilə toqquşsa da, ABŞ-la nisbətən üst-üstə düşür. Aralıq dənizinin sahilində yerləşən ölkələr burada qaz axtarışındadır. Türkiyə də bu ölkələrdən biridir. Fransa, İtaliya, Yunanıstan kimi ölkələr Türkiyəyə təzyiq edir və bunu dayandırmasını istəyir. Türkiyə tərəfi isə haqlı olaraq buna əhəmiyyət vermir.
Bundan əlavə Türkiyə Liviyadakı hökuməti dəstəkləməklə də bir sıra təzyiqlərə məruz qalır. ABŞ və Türkiyə hərbi təlimlərinin məqsədlərindən biri məhz bununla bağlıdır. Vaşinqton-Ankara tərəfdaşlığı yeni bir dönəmə qədəm qoyur. Artıq böyük güclər regionda Türkiyə ilə hesablaşmaq məcburiyyətindədir”.
Analitikin sözlərinə görə, Amerika rəsmiləri son çıxışlarında NATO-nun fəaliyyətini genişləndirəcəyi ilə bağlı proqnozlar verirdilər: “Hərbi təlimlər bu fəaliyyətin başlanğıcıdır. Rusiya NATO müttəfiqi ölkələrin sərhədlərinə təhlükə yaratmaqda ittiham olunur. Amma Vaşinqton birgə təlimlərlə sadəcə Rusiyaya mesaj vermədi.
Aralıq dənizində əsas aktorlar sadəcə Türkiyə və Rusiya deyil. Fransa, Yunanıstan və Avropa ölkələri də bölgədə son dərəcə aktivdir. Bu ölkələrin hamısı Türkiyəni özləri üçün təhlükə hesab edirlər. Proseslərin bundan sonra hansı istiqamətdə gedəcəyi hər kəsdə maraq doğurur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi