XİN: “ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
09:27 06.05.2020
Siyasət
650
“ABŞ-ın Minnesota Ştat Senatının qətnaməsi kimi təqdim edilən və üzərində senator Meri Kiffmeyer, Senatın katibi və Senatın Qaydalar və Administrasiya Komitəsinin sədrinin imzalarının yer aldığı bu kağız, Senat ofisinin məlumatında da təqdim edildiyi kimi, senator M.Kiffmeyerin şəxsi bəyanatıdır və simvolik jest xarakteri daşıyır”.
Oxu.Az-ın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva 5 may tarixində ABŞ-ın Minnesota Ştat Senatı tərəfindən Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış qondarma qurumun “tanınması” qətnaməsinin qəbulu ilə bağlı erməni mətbuatında yayılan məlumatla əlaqədar yerli KİV-in suallarını cavablandıran zaman deyib.
O qeyd edib ki, senatın istənilən üzvü tərəfindən bəyan edilə bilən bu kimi kağızın qəbulu üçün hər hansı səsvermə tələb olunmur, yəni bu kağız Ştat tərəfindən rəsmi qətnamə kimi qəbul olunmur:
“Göründüyü kimi, ölkəmizin işğal olunmuş ərazilərindəki qondarma qurumun Minnesota Senatı tərəfindən guya ki, “tanınması” kimi təqdim edilən kağız, əslində, Senatda baxılmayan və səsverməyə çıxarılmadan senatorun imzası ilə verilmiş simvolik sənəddir”.
“Ümumiyyətlə, vurğulamaq istərdim ki, hər hansı qurumun “dövlət” kimi tanınması, ştat qanunverici orqanının səlahiyyətləri xaricindədir. Amerika Birləşmiş Ştatlarının federal səviyyədə mövqeyinə gəldikdə isə, bu mövqe bəllidir: ABŞ Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir”, - deyə, XİN rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də nadir və müalicəsi olmayan virus aşkarlanıb
03:28 02.08.2026
Sağlamlıq
Əminə Ərdoğan Dünya Ana Südü Həftəsi ilə bağlı paylaşım edib
02:21 02.08.2026
Cəmiyyət
ABŞ-də F-35B döyüş təyyarəsi qəzaya uğrayıb
02:15 02.08.2026
Dünya
Peruda təyyarə qəzaya uğrayıb, 13 nəfər ölüb
01:51 02.08.2026
Dünya
Seutada vəziyyət sabitləşir, nəqliyyatın hərəkəti bərpa olunub
00:53 02.08.2026
Gündəm
2 avqust Azərbaycan Kinosu Günüdür
00:35 02.08.2026
Mədəniyyət
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol