XİN-dən düşmənin döyüşlərdə uşaqlardan istifadə etməsinə MÜNASİBƏT
06:14 27.10.2020
Siyasət
495
Son günlər sosial mediada Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində uşaqlardan əsgər kimi istifadə etdiyini nümayiş etdirən videolar geniş yayılıb.
Xarici İşlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, təxminən otuz ildir ki, Azərbaycan Respublikasında yüz minlərlə uşaq Ermənistanın davamlı təcavüzündən və bunun uzunmüddətli təsirlərindən əziyyət çəkir. Ancaq göründüyü kimi, Ermənistan nəinki azərbaycanlı uşaqların hüquqlarını pozmağa davam edir, hətta erməni uşaqların da hüquqlarını pozmaqdan çəkinmir.
Ermənistan hərbi əməliyyatlarda uşaqlardan istifadə etməklə, mülki əhalinin qorunmasına dair IV Cenevrə Konvensiyası və “Uşaqlar xüsusi hörmət obyektinə çevrilməli və hər cür ədəbsiz hücumdan qorunmalıdır” deyən I Əlavə Protokolun uşaqların müdafiə olunması zəmanətini pozur.
Ermənistan bu cür hərəkətləri ilə BMT-nin Uşaq Hüquqları Konvensiyasında, uşaqların silahlı qarşıdurmaya cəlb olunmasına dair Fakultativ Protokolda, xüsusən də 1-ci və 2-ci maddələrində təsbit olunmuş uşaq hüquqlarını kobud şəkildə pozur.
Uşaqları döyüşçü kimi istifadə edərək Ermənistan, onları əsas hüquqlarından, xüsusən yaşamaq və qoruma hüququndan məhrum edir, çünki uşaqlar döyüşçülər kimi hərbi hədəf ola bilərlər.
Özünü təhlükəsiz məktəblər haqqında bəyannamənin "müdafiəçiləri"ndən biri kimi təqdim edən Ermənistan, məktəb binalarını hərbi məqsədlər üçün istifadə etməkdən belə çəkinmir və bununla da gələcək nəslin qorunmasına hörmətsizliyini bir daha nümayiş etdirir.
Ermənistan tərəfindən beynəlxalq konvensiyalara və beynəlxalq humanitar hüquq öhdəliklərinə açıq şəkildə məhəl qoyulmadan uşaq hüquqlarının pozulmasını qətiyyətlə pisləyirik və müvafiq beynəlxalq təşkilatları bu qanunsuz təcrübəni hərtərəfli araşdırmağa və Ermənistan tərəfindən uşaq hüquqlarının pozulmasının dayandırılması üçün lazımi tədbirləri görməyə çağırırıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual