XİN rəhbəri Fələstin səfiri ilə Qəzzanı müzakirə etdi
Yusif Nəzərli
16:21 17.04.2025
Siyasət
373
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin ölkəmizdəki yeni təyin olunmuş səfiri Əhməd Metanini qəbul edib.
Bu barədə Sherg.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Səfir Əhməd Metani etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfir Əhməd Metanini təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzu edib.
Görüş zamanı Azərbaycan və Fələstin arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Yaxın Şərqdə və Qəzzada təhlükəsizlik vəziyyəti, habelə postmünaqişə dövründə regional sülh və quruculuq səyləri müzakirə olunub.
Azərbaycan-Fələstin əməkdaşlığının bir sıra, xüsusilə siyasi, iqtisadi-ticarət, mədəni, humanitar sahələr üzrə inkişafından bəhs olunub, regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığın genişləndirilməsi perspektivlərinin mövcudluğu qeyd edilib.
Tərəflər Yaxın Şərqdə və xüsusilə də Qəzzada mövcud vəziyyəti müzakirə ediblər. Qəzzada atəşkəsin qorunmasının vacibliyi, humanitar problemlərin həllinin əhəmiyyət kəsb etdiyi, Azərbaycanın İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq “iki dövlət prinsipi” əsasında həllini dəstəklədiyi bir daha qeyd edilib.
Ölkəmizin münaqişədən əziyyət çəkən dost Fələstin xalqının humanitar vəziyyətinin yaxşılaşdırılması istiqamətində göstərdiyi yardımlar minnətdarlıqla qeyd olunub.
Nazir Ceyhun Bayramov, keçmiş münaqişə dönəmində, həmçinin qarşı tərəfə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesinin gedişatı barədə ətraflı məlumat verib.
Səfir Əhməd Metani qəbula görə təşəkkür edib, Fələstinin Azərbaycandakı səfiri təyin edilməsinin qürurverici olduğunu, bundan sonra da səfir qismində ölkələrimiz arasında mövcud diplomatik münasibətlərin daha da inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol