Xorvatiya parlamentinin üzvündən Azərbaycana dəstək
10:29 04.10.2020
Siyasət
601
Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilməli, Cenevrə Konvensiyası pozulmamalı və mülki şəxslərə qarşı hücumlar dərhal dayandırılmalıdır.
Trend-in məlumatıma görə, belə bəyanatla Xorvatiya parlamentinin deputatı, Xorvatiya-Azərbaycan Parlamentlərarası işçi qrupunun üzvü Veljko Kajtazi çıxış edib.
O, Azərbaycanlı həmkarlarına ünvanladığı məktubda son günlər Ermənistanın təxribatı nəticəsində onlarla dinc insanın ölümündən kədərləndiyini bildirib: "2013-cü ildə Azərbaycanla imzaladığımız Zaqreb Bəyannaməsində Dağlıq Qarabağdakı Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT-in Lissabonda keçirilmiş sammitinin suverenliyə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına əsaslanan üç prinsipinə uyğun olaraq sülh yolu ilə həll olunmasının vacibliyini vurğulayan 3-cü bəndini qeyd etmək istəyirəm. Təhlükəsizlik Şurasının müvafiq 822, 853, 874 və 884 nömrəli qətnamələrinə uyğun olaraq suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipinə hörmət etməliyik. Gələn məlumatlarda Tərtər, Daşkəsən, Füzuli və Naftalan şəhərlərinə hücumlar nəticəsində bir çox mülki şəxslərin evləri, şəhər infrastrukturu, xəstəxanalar və inzibati binalar dağıdılmış, günahsız insanlar həlak olmuşdur. Naftalanda beş nəfərdən ibarət bütün ailə həlak olub. Mülki şəxslərin həlak olması Cenevrə Konvensiyasını kobud şəkildə pozur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat