
Yaxşı olar ki, Tehran odla oynamasın - ŞƏRH
Yusif Nəzərli
06:35 08.01.2025
Siyasət
588
İranda anlamalıdırlar ki, Azərbaycan Prezidenti əgər istəsə, çox yerdə çox məsələni dəyişə bilər
İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçısına, o cümlədən Türkiyəyə qarşı təhqiramiz ifadələr səsləndirilib.
Bunun ardınca İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı 29 dekabr 2024-cü il tarixində Ərdəbildə İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amulinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib. Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhvali-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb. İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib. Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı qeyd olunub. Ölkəmizə qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub.

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, 2024-cü ildə ən ağır siyasi-hərbi zərbələr alan və olan-qalan gücü yerlə yeksan edilən İran İslam Respublikası hazırda Türkiyə və Azərbaycan ilə münasibətlərini inkişaf etdirmir. Ekspert vurğulayıb ki, İran bunun əvəzində rəsmi Bakıya qarşı yenidən təhqiramiz ifadələr işlədir:
"Halbuki, İrandakı bugünkü rejimin aqibəti Turkiyənin qərarlarından asılıdır və bundan sonra daha da asılı olacaq. İranda anti-Azərbaycan təbliğatı ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmir. Və ən nəhayət, İranda anlamalıdırlar ki, Azərbaycan Prezidenti əgər istəsə, çox yerdə çox məsələni dəyişə bilər. Ona görə yaxşı olar ki, Tehran odla oynamasın. "Aslan"ların dünənki və bugünkü aqibəti hər kəsə yaxşı məlumdur. Boğazdan yuxarı çıxışların aqibəti ancaq havaya hesablanıb. Xatırladım ki, Azərbaycan XİN İrandakı bu rusvayçı açıqlamalarla bağlı qonşu dövlətdən belə təxribatçı addımlara son qoymağı tələb edib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kanyenin qızının ilk albomu!
05:35 05.05.2026
Şou
Bu tarixdə doğulan kişilərdən qaçmalısınız - Məyusluq mənbəyi
05:00 05.05.2026
Maraqlı
Volkan Dəmirəl “Gənclərbirliyi”nin baş məşqçi postundan ayrılıb
04:14 05.05.2026
Futbol
ÜST Hantavirusun yayılmasını elan etdi - Simptomlar
03:40 05.05.2026
Sağlamlıq
CeyLo idman zalına gedərkən…
03:03 05.05.2026
Şou
Aktrisa Nəsrin Cavadzadə səssiz- səmirsiz evləndi
02:34 05.05.2026
Şou
Tramp: ABŞ daha yüksək idxal rüsumları tətbiq edəcək
02:21 05.05.2026
Gündəm
Juninyo "Qarabağ"a qayıdır?
01:53 05.05.2026
Futbol
KİV: ABŞ-da benzinin qiyməti rekord həddə çatıb
01:01 05.05.2026
İqtisadiyyat
Ağ Evin yaxınlığında silah səsləri eşidilib
00:38 05.05.2026
Dünya
Zelenski: Ukrayna mayın 6-dan etibarən “sükut rejimi” elan edir
23:40 04.05.2026
Dünya
Mingəçevirdə tələbə ölüb
23:19 04.05.2026
Hadisə
"Qarabağ" qalib gəldi
23:06 04.05.2026
Futbol
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb
22:55 04.05.2026
Siyasət
“Paşinyanı devirmək planı var” - ŞƏRH
22:21 04.05.2026
Gündəm
“Dərslik tənqidləri qeyri-obyektivdir” - Tarix müəllimi
22:16 04.05.2026
Elm və Təhsil