Yeni dünya düzəni: ŞƏT-in yüksəlişi, Çinin sürəti və Avropanın səhvləri - TƏHLİL
11:20 01.09.2025
Siyasət
545
"Dünya artıq köhnə qaydalarla idarə olunmur. Güc mərkəzləri dəyişir, qlobal siyasətdə yeni oyunçular səhnəyə çıxır. Bu gün söhbət təkcə ABŞ və Avropadan getmir. İndi diqqət getdikcə daha çox Şərqə - Çinə, Orta Asiyaya, Şanxay Əməkdaşlıq Təşkilatına yönəlir".
Bu barədə "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini, siyasi şərhçi Vasif Əfəndiyev deyib.
Ekspert bildirib ki, bir vaxtlar regionda təhlükəsizlik mexanizmi kimi formalaşan Şanxay Əməkdaşlıq Təşkilatı indi böyük dövlətlərin - Çin, Rusiya, Hindistan, Pakistan və İranın ortaq masasıdır:
"Burada verilən qərarlar artıq yalnız Mərkəzi Asiya ilə məhdudlaşmır, bütün Avrasiyanı əhatə edir. Enerji dəhlizlərindən tutmuş ticarət marşrutlarınadək ŞƏT Avropanın da gələcəyinə təsir göstərmək gücündədir. Çin son onilliklərdə möcüzəvi şəkildə inkişaf edib. Artıq “dünyanın sexi” olmaqla kifayətlənmir, texnologiya və innovasiyada da liderliyə can atır. Süni intellekt, kosmik proqramlar, yaşıl enerji – bunların hamısında Pekin addım-addım önə keçir. “Bir kəmər – bir yol” layihəsi isə Çin iqtisadiyyatını Asiyadan Avropayadək uzanan nəhəng damar kimi dünyaya bağlayır.Çinin iqtisadi yüksəlişinə baxmayaraq ölkə daxilində həyat səviyyəsi çox aşağıdır. Çin ümumi iqtisadi gücə görə dünyada liderlərdəndir, lakin adam başına düşən gəlirin aşağı olması, gəlir bölgüsündə ədalətsizlik, kənd-şəhər fərqi və sosial təminat problemləri ölkədə həyat səviyyəsinin inkişaf etmiş Qərb dövlətləri ilə müqayisədə daha aşağı olduğunu göstərir. Çində adam başına ÜDM təxminən , inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağıdır. Məsələn, ABŞ-da 7 dəfə , Aİ-də orta hesabla 4 dəfə yuxarıdır".
Politoloq vurğulayıb ki, Avropa öz səhvlərinin girovuna çevrilib:
"İllərlə Rusiya qazına həddindən artıq güvənmək, texnologiyada ABŞ və Çinin arxasında qalmaq, daxildə populizmə uduzmaq – bütün bunlar qitəni zəiflədib. Ukraynadakı müharibə isə Avropanın zəif tərəflərini daha aydın göstərdi .Avropa birliyində çatlar var, böhranlara reaksiyası ləngdir, bürokratiya isə çox vaxt reallıqdan geridə qalır. Lakin ABŞ və Avropa vəziyyətə nəzarəti tam itirmək niyyətində deyil. Vaşinqton yeni iqtisadi ittifaqlar, enerji layihələri və hərbi əməkdaşlıq vasitəsilə təsirini qorumağa çalışır. Brüssel isə rəqəmsal və yaşıl transformasiya proqramları ilə qlobal liderliyini bərpa etməyi planlaşdırır. Yəni, Qərb meydandan çıxmır – sadəcə oyunun qaydalarını yenidən yazır. Bütün bu proseslər fonunda Avropanı tarixdən silmək olmaz. Onun elm mərkəzləri, universitetləri, maliyyə gücü, demokratik institutları hələ də böyük üstünlükdür. Əgər Avropa innovasiyaya sərmayəni artırsa, yaşıl enerji və texnologiyaya daha çox yönəlsə, yenidən güc mərkəzlərindən birinə çevrilə bilər. Dəyişən mənzərədə Azərbaycan da öz yolunu aydın müəyyənləşdirməlidir. Şübhə yoxdur ki, Rusiya və İranın da təmsil olunduğu təşkilatlara tam etibar etmək olmaz. ŞƏT-dən yalnız öz milli maraqlarımız çərçivəsində istifadə etməli, lakin strateji kursumuzu Avropa ilə daha dərin inteqrasiyaya yönəltməliyik".
V.Əfəndiyev diqqətə çatdırıb ki, Avropanın bütün imkanlarından tam yararlanmaq üçün Azərbaycanda ciddi islahatlar həyata keçirilməlidir:
"Avropa universitetləri ilə birgə proqramlar genişləndirilməlidir.Tələbələrin xaricdə təhsilinə maneçilik törədən inzibati maneələr aradan qaldırılmalıdır. ABŞ və Avropada magistratura və doktornturya qəbul olnuan tələbələrin hərbi qulluqdan möhlət hüququ hərbi komissarlıqdan alınaraq ASAN Xidmətə verilməlidir ki, daha geniş imkanlar yaradılsın. Avropyaya gediş-gəliş üçün viza rejimi asanlaşdırılmalıdır. Parlamentli idarəetməyə keçid, demokratik institutların möhkəmləndirilməsi, hüququn aliliyinin təmin edilməsi həm ölkə daxilində sabitliyi möhkəmləndirəcək, həm də bizi Avropa ailəsinin təbii üzvünə çevirəcək. Bu addımlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirməklə yanaşı, beynəlxalq nüfuzunu da yüksəldəcək. Şərqdə güc artır, Çin sürətlə qalxır, ŞƏT yeni alternativ yaradır. ABŞ və Avropa isə oyundan kənarda qalmamaq üçün yeni strategiyalar qurur. Azərbaycan üçün düzgün yol aydındır. ŞƏT-dən maraqlarımız çərçivəsində faydalanmaq, amma gələcəyimizi Avropa ilə daha sıx inteqrasiyada görmək. Bunun açarı isə demokratik islahatlar və parlamentli idarəetmədir. Çünki yalnız açıq, demokratik və Avropa ilə ayaqlaşan Azərbaycan gələcəkdə qalib ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou