Yeni XİN başçısı Türkiyəyə yollanır ! - Nələr müzakirə olunacaq? – ŞƏRH
Fidan Həmişəyeva
09:17 10.08.2020
Siyasət
939
“İkitərəfli və regional münasibətlərin də müzakirə edilməsi gözləniləndir”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edəcək. Səfər avqustun 11-də baş tutacaq.
Bu, C. Bayramovun Azərbaycan XİN başçısı kimi ilk rəsmi səfəridir. Səfər çərçivəsində dünyada son proseslərə dair məsələlər müzakirə olunacaq.
Səfərlə bağlı fikirlərini “Sherg.az”la bölüşən millət vəkili Asim Mollazadə bildirib ki, qardaş Türkiyə ilə Azərbaycan arasında belə bir ənənə yaranıb: yüksək vəzifəyə gələn hər bir rəhbər şəxs ilk xarici səfərini Türkiyəyə edir:
“Yaxud da əksinə, Türkiyədə vəzifəyə seçilən şəxs birinci səfərini Azərbaycana edir. Beləliklə, hər iki ölkə nümayəndələri münasibətlərimizin inkişafını müzakirə edirlər. Hər zaman Türkiyənin Prezidenti, xarici işlər naziri və spikeri ilk səfərlərini Azərbaycana ediblər. Bu ənənəyə sadiq olaraq, Azərbaycan xarici işlər naziri məhz qardaş Türkiyəyə səfərə gedir. Bu səfər hər iki ölkənin bir millət kimi inkişafına xidmət edən mühüm amildir. Səfərdə ikitərəfli və regional münasibətlərin də müzakirə edilməsi gözləniləndir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat