Zaxarovadan mesaj: “Qarabağa azərbaycanlılar da qayıdacaqlar”
Fidan Həmişəyeva
10:18 12.02.2021
Siyasət
852
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə çıxış edib. O, bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabr bəyanatının 7-ci bəndinə əsasən, qaçqınlar Dağlıq Qarabağ və ətraf ərazilərə BMT-nin qaçqınlar üzrə ali komissarının himayəsində qayıtmalıdırlar.
M.Zaxarovanın sözlərinə görə, müharibə ilə əlaqədar evlərini tərk etmiş ermənilər hazırda fəal şəkildə geri qayıdırlar:
“Bizim üçün əsas məsələ üçtərəfli bəyanatdakı həmin bəndin əvvəlki yaşayış yerlərini tərk etməyə məcbur olanların hamısına şamil olmasıdır”.
Rusiya XİN rəsmisi həmçinin hərbi əsirlərin qaytarılması ilə bağlı məsələyə də toxunub:
“Regiondakı Rusiya sülhməramlılarının xətti ilə də hərbi əsirlərin qaytarılması istiqamətində iş aparılır. Bir müddət öncə Rusiya sülhməramlı qüvvələrinin komandanının vasitəçiliyi ilə hərbi əsirlərin mübadiləsi baş tutub. Bir azərbaycanlı və beş erməni əsir evlərinə qaytarılıb. Ümumilikdə hesab edirik ki, bu problemin optimal həll variantı “hamının hamıya” prinsipidir. Bu, bizim mövqeyimizdir və bu barədə Rusiya Prezidenti və xarici işlər naziri də bəyan edib”.
Politoloq Fərhad Mehdiyev “Sherg.az”a açıqlamasında vurğulayıb ki, Zaxarovanın qaçqınların qayıtması ilə bağlı açıqlamasında müsbət məqamlar var:
“10 noyabr bəyanatındakı 8-ci bənddə qaçqınların geri qaytarılması nəzərdə tutulub. Bu şəxslər BMT-nin qaçqınlar üzrə ali komissarının himayəsi altında qayıtmalıdır. İlk zamanlar bizim tərəfimizdən belə bir narazılıqlar var idi ki, niyə yalnız erməni qaçqınlar geri qayıdır? Ola bilsin ki, bu açıqlama Zaxarovanın bizə mesajıdır: narahat olmayın, biz eyni zamanda azərbaycanlıların da qayıtmasını nəzərdə tuturuq. Zaxarovanın söylədikləri eyni zamanda Ermənistan tərəfinə də yönəlmiş mesaj ola bilər: ermənilər qayıtsalar da, hazır olsunlar ki, ora azərbaycanlılar da qayıdacaq”.
Analitikin fikrincə, qaçqınlar geri döndükdən sonra onların təhlükəsizliyinə zəmanət verilməlidir:
“Düşünürəm ki, bununla bağlı da danışıqlar olacaq. Rusiya sülhməramlıları iki prosesi yerinə yetirmirlər. Birincisi, erməni hərbi birləşmələrindən silahları geri almırlar. Erməni silahlı birləşmələri qalıblar, bu da geri qayıdacaq azərbaycanlı qaçqınların həyatı üçün təhlükə mənbəyidir. İkincisi, mülki əhalinin də silahlı var. Ona görə də geri dönəcək şəxslərin təhlükəsizliyi mütləq şəkildə təmin olunmalıdır. Bu da bölgədə rusiyalı sülhməramlıların sayını artırmaqla olmur. Təhlükəsizlik prosesi yerli ermənilərin silahsızlaşdırılması və erməni hərbi birləşmələrinin bölgədən çıxarılması ilə baş tutacaq”.
F.Mehdiyev düşünür ki, Rusiya sülhməramlıları bu günə kimi bir çox əsirin qaytarılmasında vasitəçilik edib:
“Rusiya bu prosesdə effektiv iştirak edə bilər. Əsirlərin axtarılması məsələsinə isə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) baxır. Çünki onların mandatı var deyə, şübhələndikləri hər yerə baxıb, yoxlama apara bilirlər. Rusiya sülhməramlıların isə belə mandatı yoxdur. Lakin onlar əsirlərin “hamının hamıya” prinsipi ilə qaytarılmasında vasitəçiliyə malikdirlər. Təbii ki, əsirlərin hamısının qaytarılması rusların öhdəsinə buraxmaq olmaz. BQXK də bu işin içində olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
21:47 03.11.2026
Futbol
ABŞ-da aralıq seçkiləri keçirilir
21:36 03.11.2026
Gündəm
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
21:25 03.11.2026
Cəmiyyət
Sabah Bakının iki rayonunda qaz verilişində fasilə yaranacaq
21:14 03.11.2026
Cəmiyyət
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm