“Bir neçə gün əvvələ qədər ABŞ Prezidenti Donald Tramp da Zelenskinin legitimliyini tanımırdı. Ukraynanın Avropa dövlətlərinə təzyiqi və prinsipial mövqe nümayişindən sonra həm Putin, həm də Tramp Ukrayna prezidentinə qarşı mövqeyini dəyişmək məcburiyyətində qaldılar. Putin artıq anlayır ki, Rusiya-Ukrayna müharibəsinin həlli üçün mütləq şəkildə Zelenski ilə danışıqlara getmək lazımdır. Ölkədə keçirilən rəy sorğuları göstərir ki, Zelenskinin reytinqi 60 faizdən yuxarıdır və Ali Rada onun legitimliyini tanıyıb, qanuni prezident kimi fəaliyyətinə razılıq verdi. Fikrimcə, müharibənin ABŞ ilə Rusiya arasındakı danışıqlar fonunda həll edilməsinin mümkünsüz olduğunu anlayan Putin Avropa ölkələri ilə də hesablaşmalı olacaq”.
Zelenski prinsipial mövqe ortaya qoydu - RƏY
Yusif Nəzərli
22:51 27.02.2025
Siyasət
424
Putin, həm də Tramp Ukrayna prezidentinə qarşı ritorikasını dəyişmək məcburiyyətində qalıb
Rusiya lideri Vladimir Putin amerikalı həmkarı Donald Trampın bəyanatlarından sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı ritorikasını qəfil dəyişib. Bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. Məlumata görə, fevralın 24-də Kreml jurnalisti Pavel Zarubinə müsahibə verən Putin ilk dəfə Zelenskini Ukraynanın legitim prezidenti kimi tanıyıb. O qeyd edib ki, hərbi vəziyyət şəraitində Ukraynada seçki keçirilə bilməz, bu, Rusiya lideri tərəfindən Ukrayna qanunvericiliyinin ilk ictimai tanınmasıdır. Eyni zamanda Putin Zelenskini Ukrayna cəmiyyəti və ordusu üçün “toksik” adlandıraraq, gələcək istənilən seçkini uduzacağını deyib.
Milli Cəbhə Partiyası başqanının müavini, politoloq Məhəmməd Əsədullazadə isə “Sherg.az”a açıqlamasında deyib ki, Putinin Zelenski ilə bağlı mövqeyinin dəyişməsi Ali Radanın qərarından qaynaqlanır:
“Bir neçə gün əvvələ qədər ABŞ Prezidenti Donald Tramp da Zelenskinin legitimliyini tanımırdı. Ukraynanın Avropa dövlətlərinə təzyiqi və prinsipial mövqe nümayişindən sonra həm Putin, həm də Tramp Ukrayna prezidentinə qarşı mövqeyini dəyişmək məcburiyyətində qaldılar. Putin artıq anlayır ki, Rusiya-Ukrayna müharibəsinin həlli üçün mütləq şəkildə Zelenski ilə danışıqlara getmək lazımdır. Ölkədə keçirilən rəy sorğuları göstərir ki, Zelenskinin reytinqi 60 faizdən yuxarıdır və Ali Rada onun legitimliyini tanıyıb, qanuni prezident kimi fəaliyyətinə razılıq verdi. Fikrimcə, müharibənin ABŞ ilə Rusiya arasındakı danışıqlar fonunda həll edilməsinin mümkünsüz olduğunu anlayan Putin Avropa ölkələri ilə də hesablaşmalı olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm
Ölkədə 163 uşaq ölü doğulub - RƏSMİ
18:01 09.10.2026
Cəmiyyət
Xəzəri xilas etməyin yolu var - Hidroloq 3 əsas səbəbi açıqladı
17:53 09.10.2026
Ekologiya
Ararat Mirzoyan Hakan Fidanla telefon danışığı aparıb
17:40 09.10.2026
Gündəm
Akif Aşırlı: "Biz şəriət dövləti istəmirik”
17:36 09.10.2026
Gündəm
Azərbaycan Mərkəzi Asiya ilə yeni güc xətti qurur - ŞƏRH
17:18 09.10.2026
Gündəm