"Semaşko"nun 30-a yaxın həkimi onlara çatacaq bonusu dekabrdan bəri ala bilmir. Onlar bildirirlər ki, 7 ayın pulunu vermirlər. Bu xəbər nə dərəcədə doğrudur? Həqiqətən də həkimlər bonusları ala bilmirlərmi? Əgər vəziyyət belədirsə, niyə bonusları vermirlər?
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “Sherg.az”ın sorğusuna cavab olaraq bildirilib ki, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində çalışan həkimlərin əmək haqlarına tətbiq edilən bonuslar (işin nəticəsinə görə aylıq əlavələr) xəstəxanalardan daxil olan reyestrə əsasən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ekspertiza edildikdən sonra ödənilir:
"Kliniki Tibbi Mərkəzdən dekabr ayı üzrə daxil olan reyestrə əsasən bonusların ödənilməsi bu həftə ərzində nəzərdə tutulub. Digər aylar üzrə ödənişlər reyestrlər daxil olduqdan sonra həyata keçiriləcək”.