Yerlərdə tikintilərə icazə ilə bağlı ciddi problemlər var - DEPUTAT
Yusif Nəzərli
07:20 08.03.2025
Sosial
643
Kimsə kənddə malına tövlə tikirsə, aldığı 5-10 hektarlıq sahədə iş görmək üçün müvəqqəti, el dilində desək, nəsə “qaraldırsa”, niyə icazəni Bakıdan almalıdır?
Bunu millət vəkili, Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev Milli Məclisin dünənki iclasında deyib. O bildirib ki, hesabatda səslənən təkliflər həyata keçirilərsə, ölkədə şikayətlərin sayı, bəlkə də, 50 faiz azalmış olardı:
“Diqqətimi çəkən məqam odur ki, səslənən təkliflərin əksəriyyəti ildən-ilə təkrarlanır və bu, üzücüdür. Ombudsmanın təkliflərinə ciddi yanaşılmalı və hər il ən azından bir neçəsi həllini tapmalıdır". Deputat qeyd edib ki, Ombudsmana 29 min şikayət daxil olub: "İnanın ki, bu, edilməli olan şikayətlərin az bir hissəsidir. Bir çoxu məktub yaza bilmir, bir qisim vətəndaş necə müraciət edəcəyini bilmir, digər qismin vəkil tanışı, məktub yaza biləni yoxdur. Bu o deməkdir ki, vətəndaşlara hüquqi sahədə əlçatan xidmətlərin göstərilməsi böyük zərurətdir. Bu vacibiyyəti nəzərə alaraq, 3-4 sessiya bundan öncə etdiyim təklifi bir daha səsləndirmək istəyirəm. Vətəndaşlara ölkə boyu pulsuz, hüquqi xidmətin göstərilməsi vacibdən də vacibdir. Ombudsman institutu bu vəzifəni yerinə yetirə bilər və elə vətəndaşların da ən çox inandığı, etibar etdiyi, özünə yaxın bildiyi qurumlardan biri də Ombudsman institutudur".
R.Nurullayev əlavə edib ki, bunu nəzərə alaraq, Ombudsman instututuna bu missiyanı həyata keçirmək üçün lazımi maliyyə və digər resursların ayrılmasını təklif edirəm:
"Hər bir rayon və şəhərdə bir neçə nəfər hüquqşünasın işə götürülməsini təmin edəcək dərəcədə maliyyə vəsaitinin ayrılması vətəndaş məmnuniyyətinin təmin edilməsinə yardımçı olardı. Bu missiyanı Ombudsman institutu ictimai biliklərlə bərabər də həyata keçirə bilər. Nəzarət isə mütləq şəkildə Ombudsman institutunda olmalıdır. Bir daha demək istəyirəm ki, burada səslənən təkliflərə aidiyyəti üzrə dövlət orqanlarının rəsmi nümayəndələri cavab verməlidirlər. Əgər bu təklif və suallar cavablandırılmırsa, o zaman çıxış etməyin də lüzumu qalmır. Parlament tribunasından səslənən fikirlərə aidiyyəti dövlət qurumlarının rəsmi cavab verməsi mütləq şəkildə həyata keçirilməlidir. Vermirlərsə, müzakirələr zamanı ünvanlarına səslənən tənqidlərə də dözümlü və hazır olsunlar. Digər tərəfdən isə bəlkə, bizim dediklərimiz məlumatsız olmağımızdan irəli gəlir, verilən cavablar qənaətbəxş olarsa, məsələ də bağlanmış olar və biz də bu məsələyə bir daha qayıtmarıq. Qanunsuz tikililərlə və vətəndaşların tikinti sahəsində üzləşdiyi problemlərlə bağlı hesabatda məlumatlar və təkliflər yer alıb. Yerlərdə tikintilərə icazə ilə bağlı ciddi problemlər var. İcra hakimiyyətləri bu sahədə səlahiyyətsiz bir quruma çevrilib. Bunu doğru saymıram. Bizlər də ciddi problemlərlə üzləşir və hər bir kiçik məsələnin həlli üçün mərkəzi icra orqanlarına üz tutmalı oluruq. Bu qədər mərkəzləşmə yerlərdə inkişafa ciddi əngəl yaradır. Kimsə kənddə malına tövlə tikirsə, aldığı 5-10 hektarlıq sahədə iş görmək üçün müvəqqəti nəsə el dilində desək, “qaraldırsa” niyə icazəni Bakıdan almalıdır? Məgər bir nəfər həyətinə hasar çəkirsə, evinə artırma edirsə, balaca bir köşk tikirsə, hətta sanitar qovşaq tikirsə, icazəni Şəhərsalma və Arxitektura Komitəsindən alması absurd deyilmi? Bu, məntiqə söykənməyən yanaşmadır. Vətəndaşlar arasında ciddi narazılıq yaradır".
Deputat vurğulayıb ki, bu məsələdə mütləq şəkildə asanlaşdırmaya, yüngülləşdirməyə ehtiyac var:
"Rayonların inkişafını istəyiriksə, onların mərkəzdən asılılığı ciddi şəkildə azaltmalıyıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə