Ad sadəcə, simvoldur, məna yükünü isə insan özü daşıyır -AÇIQLAMA
Yusif Nəzərli
07:17 26.09.2025
Sosial
341
Adı Polad və ya Xudayar olan hansısa dələduzun hərəkətləri şəhidlərimizin adına kölgə sala bilməz
“Övladlara şəhidlərin və qəhrəmanların adının qoyulması cəmiyyətdə müsbət hadisədir. Valideynlər bu addımı atmaqla qəhrəmanların ruhuna ehtiramlarını ifadə edirlər”
Son illərdə Azərbaycanda körpələrə verilən adlar arasında xüsusi bir tendensiya müşahidə olunur. Rəsmi rəqəmlərə görə, 2020-ci ildən indiyədək 1266 uşağa Polad, 539 uşağa Zəfər, 284 uşağa isə Xudayar adı verilib. Bu fakt təsadüfi deyil. Çünki Azərbaycan xalqı üçün 2020-ci il həm Tovuz döyüşləri, həm də Vətən müharibəsi ilə yadda qaldı və həmin dövrdə şəhidlik zirvəsinə ucalan qəhrəmanların xatirəsi cəmiyyətin kollektiv yaddaşında dərin iz buraxdı. Məsələn, Tovuz döyüşlərində qəhrəmancasına həlak olan general-mayor Polad Həşimovun adı qısa zamanda uşaqlar arasında ən populyar adlardan birinə çevrildi. Eləcə də Vətən müharibəsində şəhid olan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Xudayar Yusifzadənin adı xalqın sevgisini qazanaraq, valideynlərin övladlarına vermək istədikləri müqəddəs adlardan biri oldu. Xudayarın döyüş bölgəsində ifa etdiyi “Vətən yaxşıdır...” təsnifi isə bu gün də dillər əzbəri olaraq xalqın yaddaşında yaşayır.
Lakin bu mövzu ətrafında müxtəlif yanaşmalar var. Bəzi ziyalılar belə adların kütləvi şəkildə qoyulmasını doğru hesab etmirlər. Onların fikrincə, ad yalnız simvolik məna daşımamalı, həm də uşağın gələcək həyatına uyğun olmalıdır.
Uşaqlara ad verməyin adi bir məsələ olmadığını söyləyən tanınmış dilçi-alim, professor Adil Babayev açıqlamasında qeyd edib ki, gərək insana elə ad qoyulsun ki, uşaq böyüyəndə utanmasın:
“Məsələn, bir xanıma Paket adını qoymuşdular. Həsənova Paket. Bu, düzgün deyil. Uşağa ad qoyanda onun gələcəyini düşünmək lazımdır. Polad Həşimov bütün Azərbaycanın ürəyini yaraladı. Amma hər bir uşağa da Polad adının verilməsi düzgün deyil. Çünki dünyaya gələn bu uşaqlar içində gələcəkdə narkomanı da ola bilər. Allah bütün şəhidlərimizə rəhmət etsin. Hesab edirəm ki, şəhidlərimizin yaxın qohumları onların adını yeni dünyaya gələn körpələrinə qoya bilər”.
A.Babayevin qənaətincə, respublikanın hər yerində “Polad” və “Xudayar” adının təkrar-təkar qoyulması yaxşı hal deyil:
“Çünki həmin adlar qoyulan körpələr gələcəkdə düz yolun yolçusu olmaya bilərlər və şəhidlərimizə hörmətsizlik olar. Məsələn, Polad Həşimovun adı bir uşağa qoyulur və onun adı gələcəkdə istintaq orqanlarında çəkiləcək. Ona görə də belə adların kütləvi halda qoyulması düzgün deyil”.
Böyük bir kəsim isə hesab edir ki, qəhrəmanların adını övladlarına vermək valideynlərin ehtiramının göstəricisidir və bunun gələcəkdə necə təcəssüm olunacağı həmin şəxsin həyat yolundan asılıdır.
Şair Aqşin Yenisey də məsələyə fərqli yanaşıb. Onun fikrincə, adın müqəddəsliyi insanın gələcək taleyi ilə ölçülməməlidir:
“Bütün adlar özündə müsbət bir məna daşıyır. Əgər yanaşma belədirsə ki, uşaq böyüyəndə adı doğrultmaya bilər, onda gərək heç kimə heç bir ad qoyulmasın. Bu isə çox primitiv düşüncədir. Məsələn, adı Babək olanlar hələ də islamla döyüşürmü, Bəzz qalasında mübarizə aparırmı? Və ya Məhəmməd, Əli, Hüseyn adlı adamların hamısı din-iman əhlidir? Əlbəttə ki, yox. Valideynlər övladlarına qəhrəmanların adını verməklə onların ruhuna ehtiramlarını ifadə edirlər. O adın gələcəkdə doğruldulub-doğruldulmayacağı isə həmin şəxsin öz həyat yolundan asılıdır”.
Aqşin Yenisey həmçinin əlavə edib ki, insanın adı onun davranışlarını şərtləndirmir:
“Məsələn, biz adı Xətai və ya Nəsimi olan manyakı həmin böyük şəxsiyyətlərin adını doğrultmadığı üçün ittiham edirikmi?
Eləcə də adı Polad və ya Xudayar olan hansısa dələduzun hərəkətləri şəhidlərimizin adına kölgə sala bilməz. Ad sadəcə simvoldur, məna yükünü isə insan özü daşıyır”.
Aqşin Yeniseyin mövqeyi aydın şəkildə göstərir ki, o, bu tendensiyanı müsbət hal kimi qiymətləndirir.
Şair hesab edir ki, övladlara şəhidlərin və qəhrəmanların adının qoyulması cəmiyyətdə müsbət hadisədir: "Valideynlər bu addımı atmaqla qəhrəmanların ruhuna ehtiramlarını ifadə edirlər. Uşağın gələcəkdə necə bir insan olacağı adla müəyyənləşmir, bu, onun öz həyat seçimlərindən asılıdır. Buna görə də “adını doğrultmaq” anlayışını müzakirə mövzusu etmək doğru deyil. Əksinə, xalqın qəhrəmanlarına sevgi və hörmət olaraq onların adlarının yaşadılması həm milli yaddaşın qorunmasına, həm də gələcək nəsillərə örnək dəyərlərin ötürülməsinə xidmət edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət