Aliment Fondunun yaradılması təklif edildi

Aliment Fondunun yaradılması çox vacibdir.

Teleqarf xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hicran Hüseynova deyib.

O qeyd edib ki, Aliment Fondunun yaradılması dünyada mövcud olan bir modeldir:

“Müqayisə etdikdə görünür ki, bu, dövlət büdcəsinə heç də problem yaratmayan məsələdir”.