AQTA: Qoyun əti quzu əti ilə müqayisədə istehlak üçün daha faydalıdır
Yusif Nəzərli
00:21 09.02.2025
Sosial
497
Azərbaycanda əhali tərəfindən qoyun əti daha çox istehlak edildiyi üçün ölkəmizdə qoyunçuluğa xüsusi diqqət yetirilir. Yetişdirilən qoyun cinslərinin ət, süd, pendir, dəri, piy və yunundan istifadə edilir. Təəssüflə qeyd etmək lazımdır ki, yüksək məhsuldarlığına və digər müsbət keyfiyyətlərinə baxmayaraq, son illərdə respublikamızda qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sherg.az-a bildirilib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə ölkəmiz arasındakı Tərəfdaşlıq Proqramı çərçivəsində reallaşdırılan “Qoyunçuluğun davamlı inkişafı və ərzaq məhsullarının istehsalı üzrə dəyər zəncirinin yaradılması və həyata keçirilməsi” layihəsi üzrə hazırlanan hesabatda Azərbaycanda qoyun populyasiyasının inkişaf dinamikasındakı azalmanın bir sıra səbəblərlə bağlı olduğu göstərilib. İqlim dəyişiklikləri və torpaqların deqradasiyası və tələblə təklifin dəyişməsi fonunda tələbin artması ilə yanaşı, ən narahatedici məqamlardan biri də təəssüf hissi ilə qeyd edək ki, əhalinin damaq dadı və ət seçimində əsasən quzu ətinə üstünlük verməsidir. Bu da nəticə etibarilə qoyunçuluğun inkişaf perspektivlərinə mənfi təsir göstərir.
Qeyd edək ki, qoyun ətinin qida dəyəri tərkibindəki əzələ və piy toxumasının nisbətindən asılı olaraq dəyişir. Müəyyən yaşa çatmış qoyun ətinin tərkibindəki zəngin zülallar sayəsində qoyun əti dadlı və şirəli olmaqla yanaşı, həm də tez həzm olunur.
Araşdırmalar göstərir ki, qoyun ətinin tərkibi quzu əti ilə müqayisədə Ca, P, Na, K, Cl, J, Zn, Co, Cu, Ni, Fe, Mn, Mo, F, S, Se və digər makro və mikroelementlər, B1, B2, B3, B6, B12, A, K, E, D, biotin, fol turşusu və başqa vitaminlər, həmçinin digər bioloji aktiv maddələrlə daha zəngindir.
Beləliklə, insan orqanizmi üçün zəruri sayılan qida maddələri və digər komponentlərlə zəngin olan yetkinlik və sonrakı yaş mərhələlərindəki qoyunun əti cinsi yetişkənlik dövründə, yəni 6-12 aylıqda olan quzu əti ilə müqayisədə istehlak üçün daha faydalı hesab edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol