Azərbaycanda 4 günlük rejim ola bilər: QƏRAR GÖZLƏNİLİR
Yusif Nəzərli
04:46 21.09.2025
Sosial
445
Bakı Dövlət Universitetində (BDU) bakalavriat təhsil səviyyəsi üzrə həftəlik dərs yükünün azaldılaraq 4 günə endirilməsi müzakirələrə yol açıb. Bildirilir ki, bəzi ölkələrdə həm məktəb, həm də universitetlərdə belə təcrübəyə rast gəlinir. Məsələn, bir sıra Avropa dövlətlərində həftəlik dərs yükü sıxlaşdırılaraq 4 günə qədər azaldılır, ABŞ-ın bir neçə ştatında məktəblərdə eyni sistem sınaqdan keçirilir.
Azərbaycanda belə bir sistemin digər ali və orta təhsil müəssisələrində tətbiqi nə qədər realdır? Dərs günləri azaldıla bilərmi?
Təhsil eksperti İlqar Orucov deyib ki, dörd günlük dərs qrafikinə keçid hazırda Avropa və ABŞ-ın bir sıra universitetlərində uğurla həyata keçirilir:
"Ölkəmizdə isə bu sistem ilk olaraq BDU-da bəzi ixtisaslar üzrə tətbiq olunmağa başlayıb və bu ildən etibarən daha geniş şəkildə tətbiq olunur. Əslində belə yanaşma praktiki baxımdan kifayət qədər uğurludur. Əgər ənənəvi beş günlük sistemdə gündə orta hesabla dörd saat dərs keçirilirdisə, dörd günlük sistemdə bu müddət beş-altı saata qədər artırılır. Yəni ümumi dərs yükü eyni qalır, sadəcə olaraq dərslər daha intensiv şəkildə keçirilir".
Ekspert bu sistemin bir sıra üstünlüklərinin olduğunu vurğulayıb:
"Əvvəla, tələbələrdə akademik stress azalır və onlara daha çox asudə vaxt qalır. Bu, onların praktiki fəaliyyətlərə, layihə əsaslı öyrənməyə və tədqiqat işlərinə yönəlməsinə imkan yaradır. Eyni zamanda bu sistem müəllimlərə də tədqiqat işlərinə daha çox vaxt ayırmağa imkanı verir. Bu da ümumilikdə universitetlərin elmi potensialının artırılması baxımından əhəmiyyətlidir. Avropa universitetlərində bu sistem daha çox texniki ixtisaslar üzrə tətbiq olunur. Çünki həmin sahələrdə tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlar əldə etməsi vacibdir. Dörd günlük dərs cədvəli onlara məhz bu bacarıqları qazanmaq üçün əlavə vaxt qazandırır".
İ.Orucov düşünür ki, gələcəkdə bu təcrübənin ölkəmizin digər universitetlərində də tətbiq olunması mümkündür:
"Bakı Dövlət Universiteti artıq bu istiqamətdə ilk addımı atıb. Nəticələr müsbət olarsa, digər ali təhsil müəssisələrinin də bu təcrübəni tətbiq etməsi məqsədəuyğun olar. Təbii ki, bu keçid sadəcə dərs saatlarının artırılmasından ibarət deyil. Eyni zamanda tədris prosesinə yanaşmada da dəyişikliklər tələb olunur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region