Bakıda kanalizasiya kollektorlarının inşası ilə bağlı dövlət proqramı qəbul olunacaq
Yusif Nəzərli
12:35 30.01.2025
Sosial
473
Bakı şəhərində kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı layihələr hazırlanıb və müvafiq qurumlara təqdim olunub.
Bunu "Su şəbəkəsinə qoşulma" işçi qrupunun iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Etibar Məmmədov deyib.
O, qeyd edib ki, bu məsələ birbaşa Prezident İlham Əliyevin diqqətindədir:
"Yaxın zamanlarda bu layihələrin icrası, yəni böyük tunellərin və kanalizasiya kollektorlarının inşası ilə bağlı dövlət proqramı qəbul olunacaq. Artıq bu istiqamətdə Prezidentin tapşırıqları verilib və yaxın gələcəkdə kanalizasiya sisteminə qoşulmada ciddi problemlər olmayacaq. Ümumiyyətlə, bəzi problemlər mövcuddur. Bu problemlər əsasən mərkəzləşmiş sistemin olmadığı yerlərdə yaranır. Belə ki, sahibkarlar üçün bu sistemə qoşulmaq mümkün olmur. Bu da təbiidir, çünki istehsalçılar bu gün sudan istifadə edirlər, lakin mərkəzləşmiş sistemə qoşula bilmirlər. Bunun əvəzinə, model tipli qurğulardan istifadə edərək hələlik öz bizneslərini inkişaf etdirə bilirlər. Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən hər hansı bir dəstək, kömək və ya tövsiyə lazım olarsa, biz hər zaman hazırıq və bu məsələləri həll etməyə çalışırıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi