Bələdiyyələrlə əlaqədar 21 cinayət işi başlanıb
Yusif Nəzərli
07:00 10.02.2025
Sosial
430
Keçən il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarə edilməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməsi, korrupsiyaya və digər hüquqpozmalara şərait yaradan halların qarşısının alınması üzrə inzibati nəzarət qaydasında tədbirlər görülüb.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə (2024-cü il üzrə) əksini tapıb.
Aparılmış araşdırmalar zamanı 51 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 21-i üzrə cinayət işi başlanıb. O cümlədən:
- Daşkəsən rayonu Çanaqçı bələdiyyəsinin sabiq vəzifəli şəxsləri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin ayrılması barədə saxta qərarlar tərtib edilməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;
- Daşkəsən rayonu Çovdar bələdiyyəsinin sədri tərəfindən yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlaklarının israf edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü (mənimsəmə və ya israf etmə) və 313- cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;
- Neftçala rayonu Xolqarabucaq bələdiyyəsinin sədri Q.Qəfərovun qanunsuz hərəkətləri faktı üzrə Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb;
- Ağsu rayonu İlxıçı bələdiyyəsinin 2020-2023-cü illər üzrə fəaliyyətinin yoxlanılması nəticəsində bələdiyyənin vergi müfəttişinin bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin icarə haqlarını nağd qaydada yığaraq yerli büdcəyə ödəməməsi faktı üzrə Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3-cü (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb;
- Göygöl rayonu Toğanalı bələdiyyəsinin sədri tərəfindən bələdiyyənin adından iclas protokolları tərtib edilərək yerli (bələdiyyə) büdcə vəsaitlərinin xərclənməsinə və torpaq sahələrinin ayrılmasına dair təkbaşına qərarlar verilməsi faktı üzrə Göygöl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;
- Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin 2018-2023-cü illər və 2024-cü ilin 5 ayı üzrə fəaliyyətinin yoxlanılması nəticəsində bələdiyyə əmlakının israf edilməsi faktı üzrə Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;
- Saatlı rayonu Mircəlal bələdiyyəsinin 2020-2023-cü illər üzrə fəaliyyətinin yoxlanılması nəticəsində yerli büdcə vəsaitlərinin mənimsənilməsi və bələdiyyə əmlakının israf edilməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb;
- Astara rayonu Şahağacı bələdiyyəsinin 2018-2023-cü illər və 2024-cü ilin 6 ayı üzrə fəaliyyətinin yoxlanılması nəticəsində bələdiyyə iclasında qərar qəbul edilmədən hərrac və ya müsabiqədən kənar qaydada bələdiyyə mülkiyyətinə aid tor- paq sahəsinin real dəyərindən aşağı qiymətə icarəyə ayrılması faktı üzrə Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.1- ci, 178.2.2-ci, 178.2.3-cü (dələduzluq) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.
Həmçinin Saatlı rayonu Nabatkənd, Göygöl rayonu Çaykənd, Cəlilabad rayonu Cəlilabad, Şəmkir rayonu Qılıncbəyli, Ağcabədi rayonu Ağcabədi, İsmayıllı rayonu Qalagah və s. bələdiyyələrin vəzifəli şəxslərinin fəaliyyəti barəsində toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm