
Bu dəfə əfvə daha çox qadınlar və əcnəbilər düşəcək -AÇIQLAMA
Yusif Nəzərli
06:00 11.04.2025
Sosial
444
Komissiyanın hər bir üzvünə fikir bildirməsi, arqumentləri səsləndirməsi üçün imkan yaradılıb
“Bu dəfə komissiyanın baxış obyektində nəqliyyat sahəsində baş verən cinayətlər, bu cinayətlərə görə təqsirləndirilmiş şəxslərin, eyni zamanda xüsusi kateqoriyaya aid şəxslər – qadınlar və əcnəbilərlə bağlı müraciətlər əsas yer tuturdu”.
Bu sözləri “Sherg.az"a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının növbəti iclası barədə məlumat verən komissiya üzvü, Konstitusiya Araşdırmaları Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev deyib. Qeyd edək ki, 2025-ci ilin cənab Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik ili” elan edilməsi nəzərə alınaraq may ayının ikinci yarısında Əfv fərmanının imzalanacağı güman edilir.
Ə.Nuriyev isə bildirdi ki, bu, komissiyanın növbəti, 5-ci iclası idi:

- Çox məhsuldar iclas oldu. 100-dən artıq müraciətə baxıldı, müvafiq rəylərin hazırlanmasıyla bağlı qərar qəbul edildi. Komissiya üzvləri 3 saat işlədilər. Geniş müzakirə aparıldı. Komissiyanın hər bir üzvünə fikir bildirməsi, arqumentləri səsləndirməsi üçün imkan yaradıldı. Obyektiv araşdırılma aparıldı. Tərtib olunan rəylər komissiyanın iclasları bitdikdən sonra cənab Prezidentə təqdim olunacaq. Növbəti Əfv fərmanının nə zaman veriləcəyinə gəlincə, Ə.Nuriyev bunun cənab Prezidentin səlahiyyətində olduğunu bildirdi:
- Əfv fərmanının Respublika Günü münasibətilə imzalanacağına dair müxtəlif xəbərlər yayılır. Amma məlumdur ki, Əfv fərmanının imzalanması birbaşa cənab Prezidentin səlahiyyətinə aiddir. Təcrübə onu deməyə əsas verir ki, əfv fərmanları adətən əlamətdar günlərdə verilir. Bu da Azərbaycan dövlətinin humanizm prinsiplərinə bağlılığını göstərir ki, ailələr məhz bayram günlərində sevinsin, ailələrdə sevinc yaşansın.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Afrikadan Kolumbiya və Ekvadora MQ-9 Reaper dronları göndərib
18:11 06.10.2026
Dünya
Rusiya Ukraynadan sonra Azərbaycana yönələ bilər - ŞƏRH
18:10 06.10.2026
Gündəm
Bakıda subasmalar davam edəcək: Ekoloqdan HƏYƏCAN təbili
17:53 06.10.2026
Aktual
İranda dollar yenidən kəskin bahalaşdı
17:35 06.10.2026
İqtisadiyyat
Fazil Məmmədov nazir müavini təyin edildi
17:12 06.10.2026
Cəmiyyət
Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı
16:54 06.10.2026
Gündəm
Abşeron və Bakının 5 rayonunda su olmayacaq
16:48 06.10.2026
İnfrastruktur
Kənd yumurtası bahalaşdı - VİDEO
16:37 06.10.2026
Sosial
Zelenski: Rusiya Ukraynaya kütləvi zərbə hazırlayır
16:17 06.10.2026
Dünya
Bu şəxslərin ailəsinə 20 min manat birdəfəlik müavinət ödəniləcək
16:04 06.10.2026
Sosial
Bayramov ABŞ rəsmisi ilə görüşdü: İrəvanla normallaşma diqqətdə...
15:37 06.10.2026
Gündəm
Milli Məclisin iki komitəsinin birgə iclası keçirilir
15:25 06.10.2026
Aktual
ŞOK OLAY: Süni intellektlə “dirildi”, onu öldürən şəxsi bağışladı
14:58 06.10.2026
Hadisə