Budapeştdə Su və Səhiyyə üzrə Protokolun 20 illik yubiley tədbiri keçirilib
21:56 06.11.2025
Sosial
607
5 noyabr 2025-ci il tarixində Macarıstanın paytaxtı Budapeşt şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT Avropa İqtisadi Komissiyası (UNECE) tərəfindən təşkil edilən Su və Səhiyyə üzrə Protokolun 20 illik yubiley tədbiri keçirilib.
Bu barədə APA-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Tədbirdə ADSEA-nın aparat rəhbərinin müavini Ülviyyə Məmmədova çıxış edib.
O çıxışı zamanı Su və Səhiyyə üzrə Protokol çərçivəsində son 20 ildə əldə olunan uğurlardan, su ehtiyatlarının dayanıqlı idarəçiliyi, təhlükəsiz içməli suya və sanitariyaya çıxışın təmin olunması istiqamətində atılan addımlardan bəhs edib.
O, həmçinin Azərbaycanın bu sahədə milli səviyyədə həyata keçirdiyi islahatlar barədə məlumat verərək qeyd edib ki, ölkəmizdə son illərdə su təchizatı sistemlərinin yenilənməsi, yeni su anbarlarının tikintisi və mövcud infrastrukturun bərpası istiqamətində mühüm nəticələr əldə olunub.
Ülviyyə Məmmədova çıxışında “Milli Su Strategiyası”, “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyası” və “Böyük Qayıdış” proqramı çərçivəsində su ehtiyatlarının səmərəli və dayanıqlı idarə olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
Tədbir çərçivəsində iştirakçılar su və səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini bir daha diqqətə çatdıraraq, iqlim dəyişiklikləri fonunda təhlükəsiz suya çıxışın təmin olunması üçün ortaq səylərin artırılmasının vacibliyini qeyd ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya