
Cinayət törətmiş gənclərin valideynləri məsuliyyət daşımalıdır -Sosioloq
13:30 04.08.2025
Sosial
385
Yevlax şəhərində qaraçıların kompakt yaşadığı ərazidə ölümlə nəticələnən bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, 19 yaşlı Əli Mahmudovla 20 yaşlı Həsən Məmmədovun mübahisə və münaqişəsini sakitləşdirmək istəyən Zahid Mahmudova naməlum şəxs kürəyindən bıçaq zərbəsi vurub.
Yaralının həyatını xilas etmək mümkün olmayıb.
Hadisəni törərməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü Ruzigar Abdullayev saxlanılıb.
Bıçaq xəsarətindən vəfat edən 1988-ci il təvəllüdlü Zahid Mahmudov Əli Mahmudovun əmisidir.
Faktla bağlı araşdırma aparılır.
Sosioloq Mətanət Məmmədova “Sherg.az”a bildirdi ki, cəmiyyətimizdə gənclər arasında belə hadisələrin baş verməsi olduqca ciddi və düşündürücü bir nüansdır:

“Təəssüf ki, bəzi gənclər üzərlərində soyuq silah gəzdirməkdə və zərurət yarandıqda bu silahlardan istifadə etməklə digər şəxslərin həyatına son qoymaqda çəkinmirlər. Məsələ Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülmüş, müvafiq istintaq və araşdırmalar aparılır. Lakin hadisəyə cəlb olunan şəxslərin mənsub olduqları etnik və ya sosial qruplardan asılı olmayaraq, əgər onlar Azərbaycanda yaşayırsa, ölkənin hüquqi çərçivəsinə və dəyərlər sisteminə riayət etmələri zəruridir. Gənclərin soyuq silah gəzdirməsi və bu silahdan istifadə etməklə münaqişələrə və qətl hadisələrinə səbəb olmaları cəmiyyət üçün narahatedici və eyni zamanda utancverici hal kimi dəyərləndirilir. Bu vəziyyət valideyn nəzarətinin və düzgün tərbiyə sisteminin olmamasının nəticəsi kimi qiymətləndirilə bilər. Uşaqlara kiçik yaşlardan etibarən təqdim edilən cizgi filmləri və kompüter oyunları da bu prosesdə mühüm rol oynayır. Həmin audiovizual məhsulların əksəriyyəti zorakılıq, qorxu və aqressivlik kimi elementlərlə zəngin olduğundan, uşaqlar bu məzmunda formalaşan süjet xəttini və personaj davranışlarını öz dünyagörüşlərinə inteqrasiya edirlər. Bu isə onların psixoloji inkişafında neqativ təsirlərə səbəb olur və zamanla reallıqda da aqressiv davranışların yaranmasına zəmin yaradır. Valideyn nəzarətindən və düzgün tərbiyədən kənarda qalan uşaqlar gənclik dövründə cinayət xarakterli davranışlara meylli olurlar. Bu baxımdan, belə halların qarşısının alınması üçün yalnız gənclər deyil, onların valideynləri də məsuliyyətə cəlb olunmalıdır. Cinayət törətmiş gənclərin valideynləri tərbiyə metodlarını düzgün seçmədiklərinə görə hüquqi və sosial məsuliyyət daşımalıdırlar".
Ekspert qeyd edib ki, qaraçılar köçəri həyat tərzi sürən etnik qrup olaraq dünyanın müxtəlif bölgələrində yayılıblar:
" Avropa ölkələrinin bir çoxunda bu icma üzvləri marginal və sosial inteqrasiyası zəif qrup kimi qəbul olunur. H'tta bir çox hallarda hüquqi və sosial səbəblərlə bu ölkələrdən deportasiya edilirlər. Azərbaycan isə humanist və tolerant cəmiyyət olaraq bu insanların münaqişə və qeyri-sabitlikdən qaçaraq sığınacaq tapdığı məkanlardan biri kimi çıxış edir. Onların bir çoxu ölkəmizdə məskunlaşaraq dilənçilik fəaliyyəti ilə məşğul olurlar. Bu fəaliyyət metro stansiyaları, ictimai nəqliyyat dayanacaqları kimi yerlərdə müşahidə edilir. Çox zaman bu şəxslərin fiziki cəhətdən sağlam olmalarına baxmayaraq, dilənçiliyi sosial davranış forması və həyat tərzi kimi davam etdirmələri onların etnik-mədəni xüsusiyyətləri ilə izah olunur. Bu cür fəaliyyətlərə qarşı müxtəlif hüquqi və sosial müdaxilələrin həyata keçirilməsi zəruri hesab olunur. Çünki bu hallar cəmiyyətin sosial nizamına və ictimai etiketlərə təsir göstərir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova Efiopiyaya səfərə gedib
17:48 28.07.2026
Siyasət
“Sabah” Aaron Maludanı satdı
17:11 28.07.2026
Futbol
Tramp: Netanyahunun nəsə deməsinə ehtiyac yoxdur, bunu bilirik
17:00 28.07.2026
Gündəm
"İdxal olunan panko zəhərləyə bilər" - Ekspertdən XƏBƏRDARLIQ
16:57 28.07.2026
Sağlamlıq
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
16:41 28.07.2026
Hadisə
Miqrasiya Xidməti yeni qaydanın icrasına başladı
16:33 28.07.2026
Aktual
İtaliya NATO-ya hər il 450 milyon avro ödəyir
16:23 28.07.2026
Dünya
Ermənistanın birinci xanımını bu çıxışından sonra hədələdilər
15:52 28.07.2026
Region
HƏMAS nümayəndə heyəti Misirdə səfərdədir
15:38 28.07.2026
Dünya
Sumqayıt yenidən qara tüstüyə bürünüb - Ekoloqdan SOS
15:28 28.07.2026
Aktual
Minə yaxın uşaq müəssisələrdən ailələrinə qaytarılıb
15:18 28.07.2026
Cəmiyyət
Suriyadan qayıdanlarla işləmək çox ağırdır - Ekspert
14:42 28.07.2026
Cəmiyyət
Quterreş Kiprlə bağlı xəbərdarlıq etdi
14:17 28.07.2026
Dünya
Aİ Ermənistan bazarını açmağa hazır deyil
14:03 28.07.2026
Gündəm