
Donorluq həm də cəmiyyətə ümid bəxş etmək anlamını daşıyır -Psixoloq
12:30 10.01.2025
Sosial
662
Ölümündən sonra donor olmaq istəyən vətəndaşların sayı 2023-cü illə müqayisədə xeyli artıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, ölümündən sonra donor olmaq istəyənlərin ümumi sayı çox olmasa da, bu, cəmiyyətimizdə xeyirxahlığın artdığını göstərən müsbət bir addımdır: “Biz inanırıq ki, bu təşəbbüs getdikcə daha geniş yayılacaq və daha çox insan ehtiyacı olanlara kömək etmək üçün birləşəcək. Hər yeni donor müraciəti, başqa bir insan üçün yeni ümid və həyat deməkdir. Bir meyit donoru 8 insana həyat və ümid bəxş edə bilər, bu isə hər birimizi daha yaxşı bir gələcək üçün bir addım atmağa, orqan ianəsi etməyə sövq etməlidir”.
Həmçinin qeyd edilib ki, sağlam orqanlar bir neçə insana yeni həyat bəxş edə bilər, buna görə də, hər kəs bu mövzuya həssas yanaşmalı və orqan ianəsi mövzusunda məlumatlı olmalıdır. Bu istiqamətdə, Mərkəz tərəfindən maarifləndirici tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərin nəticəsi olaraq, 2024-cü ildən etibarən bu say artıb.
Mövzu ilə bağlı “Sherg.az”a danışan psixoloq Zeynəb Əyyubova bildirib ki, donorluq mövzusunda insanların fəallığının artması çox təqdirəlayiq bir haldır və bir neçə mühüm səbəbdən irəli gələ bilər:

“İlk növbədə, maarifləndirmə tədbirlərinin artması və sosial mediada bu mövzu ilə bağlı kampaniyaların keçirilməsi insanların donorluğun əhəmiyyətini daha yaxşı anlamasına səbəb olub. Donorluq yalnız bir insana həyat vermək deyil, həm də cəmiyyətə ümid bəxş etmək anlamını daşıyır. Psixoloji baxımdan, insanlar bir-birlərinə yardım edərək mənəvi rahatlıq tapır və bununla öz dəyərlərini həyata keçirirlər. Donorluq qərarı isə həm altruizm , həm də sosial məsuliyyət duyğusu ilə bağlıdır. Bununla yanaşı, cəmiyyətin donorluq mövzusunda pozitiv hekayələr və nümunələrlə motivasiya olunması bu artımın əsas səbəblərindən biridir. İnsanlar başqalarının həyatına toxunmaqla öz daxili rahatlıqlarını tapırlar və bu, onların özünəinamını da artırır. Bu cür addımlar doğru bir yanaşmadır, çünki ehtiyacı olan insanların həyatı xilas edilə bilər. Lakin donorluq məsələsində insanları maarifləndirmək və düzgün məlumatlandırmaq mühüm əhəmiyyət daşıyır. İnsanlara motivasiya vermək üçün onların qorxularını və suallarını aradan qaldırmaq, prosesin etik və tibbi cəhətdən təhlükəsiz olduğunu izah etmək lazımdır. Real həyatda baş verən müsbət nəticələri paylaşmaq və bu addımın necə fərq yaratdığını göstərmək insanları daha çox həvəsləndirə bilər. Nəticə etibarilə, donorluq qərarı insanın daxili iradəsinə və mənəvi prinsiplərinə əsaslanmalıdır. Bu qərarın cəmiyyətə və fərdin özünə gətirdiyi faydalar isə onu həm etik, həm də humanist baxımdan çox vacib bir addım halına gətirir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə