
Dövlət qulluğuna qəbul üzrə müsahibələr formal xarakter daşıyır?-RƏY
Yusif Nəzərli
06:26 23.04.2025
Sosial
377
Təhsil müəssisələri üzrə ekspert deyib ki, Fazil Mustafanın təklifi dəyərləndirilməlidir
“Çünki DİM ehtiyat kadr siyahısına malikdir, bütün məlumatlar onlardadır. Bilirlər nə qədər vətəndaş imtahanda iştirak edib, hansı istiqamət üzrə imtahan verib, hansı kateqoriyada sertifikatlara sahibdirlər”
"Müəyyən dövlət qulluğuna qəbul üzrə müsahibələr formal xarakter daşıyır". Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deyib: ”Hesablama Palatasında dövlət qulluğuna qəbul olduqca şəffaf keçirilib. Mən düşünürəm ki, bunun digər orqanlara da tətbiq edilməsi vacibdir. Çünki hər bir qurumun əsas işi peşəkarlıq səviyyəsi ilə, orada dövlət qulluğunda olan insanların öz vəzifə məsuliyyətini dərk etməsi ilə bağlıdır”. Deputat bildirib ki, həm müsabiqənin müsahibə mərhələsində, həm də ehtiyat kadrların təyinat mərhələsində kifayət qədər çatışmazlıqlar var: “Bir çox hallarda bu müsahibələr formal xarakter daşıyır. Bunun kökündə dayanan əsas məsələ müqaviləli işçi himayədarlığı problemidir. Orqan rəhbərlərinin belə qanunsuzluqlara cəhd etməsinin qarşısında əsas məqsəd həmin saxta və qeyri-leqal yollarla xüsusi tanış və tapşırıqla vəzifələri ələ keçirən müqaviləli şəxsləri saxlamaqdır. Təsəvvür edin ki, şəxs müsabiqədə qalib gəlir, ən yüksək bal toplayır və müsahibədə müqaviləli şəxslərə uduzur. Ömrünü-gününü həsr edib dövlət qulluğunda yer almağa çalışan bir vətəndaş bu mərhələni aşa bilmir. Hesablama Palatası özünün təsdiq etdiyi bu meyarları, prinsipləri təbliğ etməlidir ki, başqa qurumlar da buna əməl etsin. Milli Məclisdə də bu şəffaflıq təmin edildiyinə görə kifayət qədər keyfiyyətli kadrlar Aparatda təmsil oluna bildilər".
F.Mustafa sözügedən məsələ ilə bağlı təkliflərini də səsləndirib: “Mən təklif edirəm ki, maraqlı orqanın təmsilçiləri komissiyadan çıxarılsın, buraya tamamilə neytral insanlar cəlb edilsin. Ehtiyat kadrların təyinatı məsələsində də iki illik müddət bir də nəzərdən keçirilməlidir. Adamı ehtiyata salırlar, sonra iki il iş də vermirlər, yaxşı olardı ki, bu səlahiyyət DİM-ə verilsin, vakant yerlər olduqda müvafiq dövlət qurumuna göndərilsin”.
Təhsil müəssisələri üzrə ekspert Elçin Əfəndi “Sherg.az"a açıqlamasında qeyd etdi ki, dövlət qulluğuna qəbulla bağlı, təəssüf ki, problemli məsələlər var:

- Vətəndaşlar müraciət edir, ödəniş edib imtahan verir, müvafiq sertifikat alır və oturub gözləyirlər ki, hansı dövlət orqanı nə zaman vakansiya elan edəcək və nə zaman müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsində isə süni əngəllər qarşılarını kəsir, müsahibədən keçmələrinə maneə yaradılır və bu şəxslər yenidən növbəti dəfə vakant yerlərin çıxarılacağını gözləməli olur. Beləcə illər keçir, heç bir işlə təmin olunmur, hər hansı vəzifəyə dəvət edilmirlər. Bir halda ki, millət vəkili də təyinat məsələsində səlahiyyətin Dövlət İmtahan Mərkəzinə verilməsini təklif edir, düşünürəm ki, ən doğrusu budur. Bu təklif dəyərləndirilməlidir. Çünki DİM ehtiyat kadr siyahısına malikdir, bütün məlumatlar onlardadır. Bilirlər nə qədər vətəndaş imtahanda iştirak edib, hansı istiqamət üzrə imtahan verib, hansı kateqoriyada sertifikatlara sahibdirlər. Təyinat səlahiyyəti DİM-ə verilsə, namizədlər də arxayın olar ki, zəhmətləri hədər getməyəcək, etdikləri ödənişlər itməyəcək, kiminsə tanışı onun yerinə işlə təmin edilməyəcək. İndi belə hallara yol verilir, dövlət orqanında çalışan məmurun tanışı gəlib vəzifə tutur, sertifikata sahib peşəkar kadr isə qalır kənarda. Belə halların aradan qaldırılması üçün, bəli, təyinat səlahiyyətinin DİM-ə verilməsi daha məqsədəuyğun olardı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Tramp İranla müharibə üçün 200 milyard dollar istəyir
20:11 20.03.2026
Dünya
İranın ali rəhbəri Türkiyəyə hücumlara münasibət bildirib
19:49 20.03.2026
Region
Azərbaycana yaz fəsli daxil olub
19:08 20.03.2026
Cəmiyyət
Tramp: ABŞ olmadan NATO “kağız pələng”dir!
18:50 20.03.2026
Dünya
Çak Norris vəfat edib
18:35 20.03.2026
Şou
Ərdoğan: Regionumuzda son illərin ən ciddi böhranı yaşanır
18:19 20.03.2026
Dünya
NATO öz kontingentini İraqdan müvəqqəti çıxarır
18:06 20.03.2026
Ekologiya
Türkiyə MN İncirlik bazasına raket hücumu iddialarına cavab verib
17:37 20.03.2026
Dünya
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya