
Ədalətsiz sistem məktəbləri bölür: Maaş fərqi kollektivləri qarşı-qarşıya qoyub
Yusif Nəzərli
12:06 13.07.2025
Sosial
513
Orta əməkhaqqı statistikası yalnız kağız üzərində gözəldir, müəllimin süfrəsində yox
Paylaşılan rəsmi cədvələ əsasən, 2025–2026-cı tədris ili üzrə müəllimlərin orta aylıq əməkhaqqı 965 manat olaraq göstərilir. Sertifikasiya prosesində yüksək nəticə göstərən müəllimlərə 35 faiz əlavə verilməklə əməkhaqqı 1320 manata çatır, 10 faiz əlavə alanlar üçün isə bu rəqəm 1010 manat təşkil edir. Sertifikasiyada iştirak etməyənlər isə 765 manat maaş alacaqlar. Burada diqqət çəkən əsas məsələ “orta əməkhaqqı” ilə real vəziyyət arasındakı uyğunsuzluq və stimullaşdırıcı modelin qeyri-kafi olmasıdır.
Təhsil eksperti Kamran Əsədov Sherg.az-a açıqlamasında deyib ki, “orta əməkhaqqı” göstəricisi, yalnız sertifikasiya imtahanında yüksək nəticə göstərmiş müəllimlərin maaşlarının daxil edilməsi ilə süni şəkildə şişirdilmiş bir göstəricidir:

“Halbuki 2023 və 2024-cü illərdə keçirilən imtahanlarda yüksək nəticə göstərənlərin faizi əksər fənlər üzrə 20 faizdən aşağı olub. Bu isə o deməkdir ki, əslində, müəllimlərin böyük əksəriyyəti bu 1320 manatlıq əməkhaqqını almır və statistik olaraq təqdim edilən “orta əməkhaqqı” real deyil. Bundan başqa, 35 faiz və 10 faiz artımın özü də kifayət qədər problematikdir. Əgər bu artımlar real əməkhaqqı artımını əvəzləyirsə, deməli, müəllim maaşları artmır, sadəcə əvvəlki məbləğlər üzərində “bonus” adı ilə fərqləndirmə aparılır. Halbuki inkişaf etmiş ölkələrdə müəllimlərin maaşı yalnız nəticəyə görə deyil, təcrübəyə, təhsilə, ixtisasdaxili inkişaf səviyyəsinə və fənn üzrə çətinlik amillərinə görə dəyişir. Məsələn, Estoniyada müəllimlərin minimum aylıq əməkhaqqısı 1749 avrodur və bu məbləğ hökumət tərəfindən təhsil sektoruna investisiyanın bir hissəsi kimi görülür, şərtli bonus mexanizmi deyil”.
K.Əsədovun sözlərinə görə, Azərbaycanda isə aşağı nəticə göstərən müəllim cəzalandırılır (maaş azalır), yüksək nəticə göstərən isə stimullaşdırılır, amma bu stimulların dayanıqlılığı, şəffaflığı və ədalətliliyi sual altındadır:
“Ən əsası, müəllimlərin bu qədər fərqlə maaş alması məktəbdaxili əməkdaşlığı zədələyir, kollektivdə gərginlik və rəqabət yaradır, təhsilin keyfiyyətini isə kompleks şəkildə artırmır. Orta əməkhaqqı statistikası isə yalnız kağız üzərində gözəldir, müəllimin süfrəsində yox. Təhsili düzəltmək istəyiriksə, müəllimi həqiqətən qiymətləndirməklə başlamalıyıq. Maaşla yox, dəyərlə”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi