
Ekspert: Narkotikin təsiri altında avtomobil idarə edənlər ciddi nəzarətə götürülməlidir
10:38 21.01.2025
Sosial
483
Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən sürücü həbs edilib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a verilən xəbərə görə, yol hərəkəti qaydasını pozduğu üçün "Volkwagen" markalı nəqliyyat vasitəsinin sürücüsünə "saxla" işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan sürücü Ramil Xamadyarov saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Xamadyarovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə R.Xamadyarovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 20 sutka inzibati qaydada həbs edilib.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edilməsi ilə bağlı əvvəllər qanunvericilikdə müəyyən boşluqlar var idi:

“Sonradan artıq bu qanun dəyişildi. Əvvəlki qanunda spirtli içkinin təsiri altında avtomobil idarə etməklə, narkotik vasitənin təsiri altında avtomobil idarə etməyin cəzası eyni götürülürdü. Amma bu düzgün deyildi. Biz də buna dəfələrlə münasibət bildirmişik, fikirlərimizi açıqlamışıq ki, düzgün deyil. Narkoman olmaq bir xəstəlikdir. Spirtli içki isə təsadüfən bir məclisdə içilə bilər. Amma narkotik elə bir haldır ki, həmin adam, onun xəstəsidir və asılıdır. O adam narkotik qəbul etməsə, dayana bilmir. Lakin elə şəxslərə sürücülük hüququnu məhdudlaşdırmaq kimi yüngül cəzalar verilir. Amma hesab edirəm ki, bu da yüngül cəzadır. Çünki bir çox ölkələrdə narkotiklə bağlı mübarizə tədbirləri daha da güclənib və narkotikin təsiri altında avtomobil idarə edən şəxsləri dərhal ciddi nəzarətə götürürlər. Belə insanların sürücülük hüququnu dərhal məhdudlaşdırırlar, hətta avtomobilini belə müsadirə edirlər. Çünki bu adam yeni potensial təhlükə mənbəyidir, kiminsə həyatına qəsd edə bilər. Azərbaycanda, yol hərəkəti təhlükəsizliyi ilə bağlı qanunvericilikdə kifayət qədər yüngül cəza mexanizmi tətbiq edilir. Bu sahədə vəziyyət heç ürəkaçan deyil. Çox böyük təhlükə ilə üz üzəyik. Təəssüflər olsun ki, qonşu İran Azərbaycana gecə gündüz narkotik ötürür. Bu yolla cəmiyyətimizi məhv etməklə məşğuldur və qarşısına qoyduğu əsas məsələ odur ki, Azərbaycanda narkomaniyanı, yaysın və onun gücünə xələl gətirsin. Ona görə də bütün cəmiyyətimizi ayıq, sayıq olmağa və belə əməllərdən uzaq olmağa çağırıram. Bu, birinci növbədə onların öz sağlamlığına ziyandır. İkinci növbədə isə kimisə sevindirmiş olacaqlar. İran hazırda bu işlərlə məşğuldur. Ona görə Azərbaycanda narkomaniyanın yayılmasında, sükan arxasında narkotik vasitələrin təsiri altında olan insanların sayının çoxalmasında İranın çox böyük rolu var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya