
İlahiyyatçı: Falçıya inanmaq, müraciət etmək günah sayılır
11:42 03.04.2025
Sosial
790
Sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq” və digər adlar altında şirnikləndirici paylaşımlarla vətəndaşların aldadılaraq, pullarının mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.
Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrafilli bildirib.
Onun sözlərinə görə, bu kimi hallarda özünü “falçı” və ya “baxıcı” kimi təqdim edən şəxslər vətəndaşlardan müxtəlif məbləğlərdə ödəniş tələb edir, onlayn köçürmə yolu ilə pulu aldıqdan sonra isə sosial şəbəkə hesablarını bloklayaraq məsuliyyətdən yayınırlar.
Lumu İsrəfilli vurğulayıb ki, vətəndaşlardan mənimsənilən məbləğin miqdarına görə bu cür faktlar üzrə inzibati və ya cinayət işi açılır.
DİN rəsmisi sosial şəbəkə istifadəçilərinə bu tipli elanlara inanaraq ödəniş etməmələri və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamaları barədə xəbərdarlıq edib.
Məsələni dəyərləndirən ilahiyyatçı Tural İrfan “Sherg.az”a açıqlamasında deyib ki, İslam dininə görə falçılıq qadağandır:

“Bu işlərlə məşğul olmaq və onlara inanmaq, müraciət etmək də günah sayılır. Amma bəzən sosial problemlərin çoxluğundan istifadə edən şarlatanlar insanları tora salıb, guya asan yolla varlanmaq ümidi verib aldadırlar. Təbii ki, bu böyük günahdır. Falçılara hətta imkanlı adamlar və məmurların da müraciət etməsi haqda məlumatlar var. Son dövrdə də sosial şəbəkələrdən istifadə edərək bu cür adamlar artıb. Canlı yayımda falçılıq edirlər, fala baxırlar. Belə işləri də çox zaman din adı ilə, Quranla əlaqələndirirlər ki, adamlar inansın. Falçı heç bir problem həll edə bilməz. Əksinə çox böyük problemlər yarada bilər. Yanlış məlumat verər, insanlar da yanlış istiqamət seçər və ziyan çəkə bilərlər. Psixoloji təsirlə, bəzən boş ümid verib, bəzən də müxtəlif fərqli üsullarla sadəlövh adamları yanıldaraq aldadırlar. Bu şeylərin artması cəmiyyətin dini və elmi səhiyyəsinin aşağı olması ilə bağlıdır. Savadlı, təhsilli adamlar, öz dinini bilən dərk edir ki, onun müqəddəs kitabında falçılıq haramdır. Savadsızlıq və cəhalət insanları falçıların toruna salır. Bəzən də son ümidi falçıda axtaranlar olur. İnsan yalnız Allaha dua edib, ondan kömək istəməlidir. Qeybi bilmək də ona xasdır. Falçının verdiyi məlumat nisbidir, çox zaman da tamamilə yalan və yanlışdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm