İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək.
APA-nın xəbərinə görə, bu, “Patent haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, insanın klonlaşdırılması üsulları və onun klonu, insanın rüşeym xəttinin hüceyrələrinin genetik tamlığının modifikasiyası üsulları, insan embrionlarının sənaye məqsədləri üçün istifadə edilməsi patent obyektləri kimi qəbul edilmir.