
İnsanlarımız gözü ilə gördüyü əti almaq istəyir - Eyyub Hüseynov
01:16 25.09.2025
Sosial
463
Marketlərdə ət məhsulları açıq şəkildə rəfə düzülür, nə istehsal tarixi var, nə də son istifadə müddətini bildirən tarix
Bundan sonra ət, diri heyvan və digər ət məhsullarının (duru quş, quş əti) ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburi olacaq. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Baş nazirin imzası ilə “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nda dəyişiklik edilib.
Qərara əsasən ət və ət məhsullarının, həmçinin digər heyvan mənşəli məhsulların müayinədən keçirilməsini müəssisə və təşkilatların baytarlıq istehsalat-nəzarət bölməsində çalışan və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uçota alınmış baytarlıq mütəxəssisləri həyata keçirəcəklər.

Yeni qərarın istehlakçıya faydasından danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında bildirdi ki, Azərbaycan insanı hələ də “gözümlə görməsəm, almaram” ənənəsini davam etdirir:
- Nə üçün ölkəmizdə - paytaxtda və digər şəhərlərdə, ümumiyyətlə, hər yerdə küçələrdəki ət kəsimi baş verir? Ona görə ki, insanlarımız gözü ilə gördüyü əti almaq istəyir. Sovet vaxtı da belə idi. İnsanlar görürdü qəssab heyvan kəsir, növbəyə dayanıb təzə kəsilmiş ət alırdılar. Baytarlara elə o vaxtdan inam itib, indi də yoxdur. Bu ənənə nəsildən-nəslə keçib, indi də insanlar baytarlara inanmır, küçə kəsimində, tanıdıqları qəssablardan ət alırlar. Baytarların saxta möhür vurduğunu, saxta sənəd verdiyini, ətin köhnə ola biləcəyini zənn edirlər. Bu şübhə ilə də diri, təzə kəsilmiş heyvanların ətindən almağı üstün tuturlar. Amma insanlarımız bunu nəzərə almır ki, yoxlamadan keçirilməmiş ətlərdə müxtəlif, ciddi xəstəliklər ola bilər. Ətlərin möhürlənməsi çox vacib addımdır. Xüsusən hazırda regionlarda dabaq xəstəliyinin yayıldığı bir vaxtda, ətlərin məcburi möhürlənməsi vacib, zamanında verilmiş qərardır. İstehlakçılara məsləhət görürəm ki, möhürlənmiş ət məhsulları alsınlar. Möhürlənməmiş ətlər təhlükəli ola bilər. E.Hüseynov qeyd etdi ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən marketlərdə, ticarət şəbəkələrində satışa çıxarılan ət məhsulları mütləq paketlənmiş halda, üzərində istehsal və son istehlak tarixi, hansı müəssisədən gətirildiyi qeyd olunmalıdır. Təəssüf ki, NK-nın bu qərarı icra olunmur. Marketlərdə ət məhsulları açıq şəkildə rəfə düzülür, nə istehsal tarixi var, nə də son istifadə müddətini bildirən tarix. Bu da bir səbəbdir ki, insanlar qəssabların diri halda kəsdiyi heyvanların ətindən alır. Bu isə zoonoz, parazitar xəstəliklərin yayılması baxımından təhlükəlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlham Əliyev Malavi Prezidentini təbrik etdi
11:03 06.07.2026
Gündəm
ABŞ qoşunlarını Estoniyadan tamamilə çıxarıb
10:50 06.07.2026
Dünya
Avropa sülhdən danışsa da, müharibəyə hazırlaşır...
10:44 06.07.2026
Dünya
Gilasın bilmədiyiniz zərəri...
10:41 06.07.2026
Sağlamlıq
Kontakt linzaların onlayn satışına icazə verildi
10:39 06.07.2026
Sağlamlıq
Paşinyan Rusiyaya işgüzar səfərə yollanıb
10:22 06.07.2026
Gündəm
Uzun müddət oturmaq ölüm riskini artırır
10:17 06.07.2026
Sağlamlıq
İynədən sonra əlil qalan uşağın işi məhkəməyə göndərildi
09:29 06.07.2026
Hadisə
İstidə sərinlənməyin ən təhlükəli üsulları açıqlanıb
08:55 06.07.2026
Maraqlı
Pasiyentlər əməliyyat zamanı həkimləri eşidir
08:34 06.07.2026
Sağlamlıq
Lilit Qalstyan ATƏT PA-nı Bakıya təzyiq göstərməyə çağırıb
07:25 06.07.2026
Gündəm
Arıqlamağa mane olan 3 böyük səhv
05:47 06.07.2026
Maraqlı
Azərbaycanlı gənc Polşada göldə boğuldu
04:27 06.07.2026
Hadisə
Rusiyada kanat yolunda 16 nəfər köməksiz qaldı
03:27 06.07.2026
Hadisə
Norveçə məğlub olan Braziliya DÇ-2026 ilə vidalaşıb- YENİLƏNİB-5
02:19 06.07.2026
Futbol