Kuryerlərlə bağlı mühüm qərar: yaş həddi artırıldı

Türkiyədə kuryerlərlə bağlı qaydalarda mühüm dəyişiklik edilib. Yeni tənzimləməyə əsasən, SRC kuryer peşə ixtisası sənədi rəsmi şəkildə tətbiq olunub.

Eyni zamanda bu sənədin ləğvi zamanı nəzərdə tutulan sürücü yaş həddi əvvəl faktiki 66 yaş olduğu halda, 69 yaşa yüksəldilib.

Sherg.az xəbər verir ki, qərar kuryerlərin fəaliyyətinə nəzarətin gücləndirilməsi və yol təhlükəsizliyinin artırılması məqsədi daşıyır.