Leyla Əliyevanın təşəbbüsü ilə minifutbol turniri təşkil olunub
19:25 30.10.2025
Sosial
512
Oktyabrın 30-da uşaq evlərində tərbiyə alan 10-11 və 12-13 yaş arası oğlan və qızlardan ibarət komandalar arasında növbəti "Dostluq Kuboku" minifutbol turniri keçirilib. Turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb.
Sherg.az xəbər verir ki, turniri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva da izləyiblər.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhər 1, 2, 3 və Gəncə şəhər 4 saylı Uşaq evlərinin komandaları müvafiq olaraq hər iki yaş qrupu üzrə "Şahinlər", "Birlik", "Zəfər" və "Kəpəz" adları ilə güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub. Oyunlar zamanı həm uşaqların, həm də matçları izləyənlərin böyük coşqu və sevinc yaşadıqları diqqət çəkib.
Turnirin ən yaddaqalan anlarından biri oyunları izləyən Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyevanın bütün komandaları dəstəkləmələri, uşaqlarla səmimi söhbət etmələri və onlarla şəkillər çəkdirmələri olub. Onlar iştirakçılara uğurlar arzulayaraq belə tədbirlərin gələcəkdə daha geniş miqyasda və mütəmadi şəkildə keçirilməsinin vacibliyini bir daha vurğulayıblar.
Hər iki yaş qrupu üzrə qalib komandalar diplom, medal və kubokla təltif olunub. Eyni zamanda, ikinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıb.
Tədbirin sonunda uşaqlar, tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin uşaqların həyatına müsbət təsir etdiyini bildirərək uşaqlarda özünəinamın və sosial əlaqələrin güclənməsinə səbəb olduğunu diqqətə çatdırıblar. Onlar bu cür sosial layihələrin davamlı təşkilinə görə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, "Dostluq Kuboku" minifutbol turniri ilk dəfə bu ilin mayında təşkil olunub və hazırkı yarış həmin ənənənin uğurlu davamı kimi reallaşdırılıb.
Minifutbol turnirinin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzinin və fiziki fəallığın təşviqi ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, yeni dostluqların qurulmasına şərait yaratmaqdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya