
Maarifləndirmə və əyləncə arasındakı sərhəd: Müəllim hər yerdə müəllimdir -Espert RƏYİ
Yusif Nəzərli
15:00 09.05.2025
Sosial
523
Müasir dövrdə sosial şəbəkələrin cəmiyyətin bütün təbəqələrinə təsiri danılmazdır. Bu platformalar yalnız şəxsi əlaqələrin qurulması və əyləncə məqsədilə deyil, eyni zamanda maarifləndirmə və peşəkar fəaliyyətin təşviqi üçün də geniş imkanlar yaradır. Xüsusilə müəllimlər kimi cəmiyyətin formalaşmasında mühüm rol oynayan şəxslər üçün sosial media həm fürsət, həm də məsuliyyət mənbəyidir. Bu kontekstdə sosial şəbəkələrdən istifadə zamanı müəllimin peşə etikası çərçivəsində davranması, təqdim etdiyi məzmunun öyrədici və maarifləndirici mahiyyət daşıması olduqca önəmlidir. Lakin hazırda bir çox müəllimlər sosial platformalardan ancaq əyləncə və ya tanınma məqsədi kimi istifadə edirlər.
Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Sherg.az-a açıqlama verib:

"Hər bir proses özünün standartları daxilində, özünün sərhədləri daxilində həyata keçirildikdə daha məqbul sayılır. Bu gün TikTok, Instagram, eləcə də digər sosial şəbəkələr müəllimə şagirdlərlə daha sıx təmas qurmağa, öz bilgilərini, sinif otağında verməli olduqları nüansları, ötürməli olduğu detalları şəbəkədən və daha rahat şəkildə paylaşmağa imkan verən platformalardır. Bu istiqamətdə bir müəllim sosial şəbəkələrdən istifadə edirsə, buna bir az maraq, bir az əyləncə qatırsa, bu, təqdir olunandır. Əgər müəllim bunlardan yanlız bir şou kimi istifadə edirsə və bu şounu tamam başqa məqsədlərlə-məsələn, özünü tanıtmaq, müəyyən kommersiya məqsədlərinə xidmət etmək, repetitorluq fəaliyyəti üçün daha çox insanları cəlb etmək məqsədi güdürsə, bu, artıq yol verilməzdir. Təbii ki, biz hər dəfə bu barədə danışanda şablon bir cavab eşidirik. Deyirlər ki, nə olsa, hər dəfə müəllimin üzərinə gəlirsiniz.
Müəllim həqiqətən çox ciddi bir peşədir. O, insanların şəxsiyyət kimi formalaşmasında birbaşa rol oynayan funksionerdir. Ona görə də onun davranışları, etik qaydalara münasibəti daha çox diqqət mərkəzində olur. Müəllimlərin etik davranış kodeksində bu detallar açıq şəkildə göstərilib".
Ekspert hazırda dünyanın bir çox ölkəsində müəllimlərin sosial şəbəkələrdən istifadəsi ilə bağlı ciddi qaydalar və göstərişlərin mövcud olduğunu söyləyib:
"Elə ölkələr var ki, müəllimlərə sosial şəbəkələrdən istifadəni ümumiyyətlə qadağan ediblər. Bizdə belə bir qadağa yoxdur. Tolerantlıq yüksək səviyyədədir və müəllimlərin sosial şəbəkələrdən istifadəsinə qarşı gəlinmir, əksinə onların maarifləndirici məqsədlərlə bu platformalardan istifadə etməsi dəstəklənir. Biz sadəcə deyirik ki, bu fəaliyyət maarifləndirici istiqamətdə olmalı və müəllim öz peşə profilini unutmamalıdır.
Çox təəssüf ki, biz müəllimlərin sosial şəbəkələrdə fərqli metodik yanaşmaları nümayiş etdirdikləri videolarını çox görmürük. Əksinə, onların videoları daha çox əyləncə yönümlüdür. Doğrudur, bu əyləncə sevincdən də qaynaqlana bilər, lakin özünüreklam məqsədli də ola bilər. Amma hər bir halda əyləncəyə daha çox meyil göstərilir.
TikTok-da, daha əvvəl Instagram və Facebook-da, istərdim ki, müəllimlərin şagirdlərlə mövzulara fərqli yanaşdığı, fərqli formatlarda dərs keçdiyi videolar yayımlansın. Amma hər dəfə baxırıq ki, müəllim uşaqlarla sadəcə gülür, zarafatlaşır, sinifdə uşaqla oyun oynayır, gizlənpaç oynayır və ya uşağın saçını darayır bunu paylaşır. Lakin yalnız bu əyləncə istiqamətinə yönəlmək özü bir problemli haldır. Müəllim bütün platformalarda müəllim olmalıdır. Əgər şagirdə xitab edirsə, onun çəkdiyi hər bir videoda öyrədici funksiya olmalıdır. Bəli, biz də bilirik ki, müəllim robot deyil. O da insandır, onun da əylənməyə, zarafat etməyə, məzəli bir ortamda olmağa ehtiyacı var. Hər bir halda onun funksiyasının təməlində öyrətmək və fərdin şəxsiyyətinin formalaşmasında iştirak etmək durur. Bu amil müəllimə həm yüksək nüfuz, həm də yüksək məsuliyyət yükləyir. Bu bizim uydurduğumuz bir qayda deyil. Bu, bütün dünyada müəllimə qoyulan təməl tələblərdir. İnanmayanlar internetə girib müəllimlərin sosial şəbəkə istifadəsinə qadağa qoyan ölkələrə baxa bilərlər. Əmin olun ki, bir çoxu Avropa ölkələridir. Biz isə bunu etmirik".
Təhsil eksperti sonda müəllimlərin hər bir platformada özünün öyrədən bir şəxs olduğunu unutmamalarını tövsiyyə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi