Məktəb avtobusları uşaqların rahat və təhlükəsiz çatdırılmasını təmin edir -RƏY
Yusif Nəzərli
10:30 31.01.2025
Sosial
655
Ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadə təşkil ediləcək.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi, Nəqliyyatı Əlaqələndirmə Şurası ilə birlikdə 2025-2030-cu illərdə ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların daşınması üçün "məktəb avtobusları"ndan istifadə olunmasını təmin etməlidir.
Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a bildirib ki, şagirdlərin məktəbə və məktəbdən evə təhlükəsiz daşınması şəhər infrastrukturunun və təhsil sisteminin ayrılmaz hissəsidir:
“Bu prosesin müasir standartlara uyğun nəqliyyat vasitələri və peşəkar sürücülərlə həyata keçirilməsi həm şagirdlərin təhlükəsizliyini təmin edir, həm də şəhərdaxili tıxacların azalmasına kömək edir. Lakin, bəzi hallarda bu proses təcrübəsiz və əsəbi valideynlər tərəfindən fərdi nəqliyyat vasitələri ilə həyata keçirilir ki, bu da yol təhlükəsizliyi baxımından müəyyən risklər yaradır. Bakıda şəhərsalma zamanı məktəblər yaşayış binalarına yaxın inşa edilsə də, 4430 orta məktəbdə 1.6 milyon şagirdin təhsil alması nəzərə alındıqda, məktəbli nəqliyyatının zəruriliyi aydın olur. Şagirdlərin fərdi avtomobillərlə məktəbə gətirilməsi məktəb ətrafında sıxlıq və xaosa səbəb olur. Dövlət məktəblərində avtobus xidməti üçün büdcə ayrılmadığına görə, yalnız özəl məktəblərdə bu xidmət mümkündür. Belə olan halda, valideynlər birgə təşəbbüslə kiçik büdcə yaradaraq məktəb avtobusu təşkil edə bilərlər. Bəzi valideynlər uşaqlarını yaşadığı ərazidəki məktəbə deyil, şəhərin mərkəzindəki məktəblərə aparır. Belə hallarda fərdi nəqliyyat vasitəsi olmayan valideynlər ictimai nəqliyyatdan istifadə edir ki, bu da uşaqların məktəb yolunda saatlarla ayaq üstə qalaraq enerjilərini itirməsinə səbəb olur. Məktəb avtobusları isə uşaqların rahat və təhlükəsiz şəkildə məktəbə çatdırılmasını təmin edir. Xarici ölkələrdə məktəblilər üçün avtobus xidməti geniş yayılmışdır. Türkiyədə məktəb avtobusları sistemi uğurla tətbiq edilir. İnkişaf etmiş ölkələrdə bu sistem illərdir tətbiq olunur və effektivliyini sübut edib. Beynəlxalq təcrübə göstərir ki, şagirdlərin təhlükəsiz və rahat daşınması üçün məktəb avtobuslarının tətbiqi təkcə nəqliyyat problemlərinin həlli deyil, həm də təhsil keyfiyyətinə müsbət təsir göstərən vacib amillərdən biridir. Bu sahədə statistik araşdırmalar da təsdiq edir ki, məktəb avtobuslarından istifadə edən şagirdlər dərsə daha vaxtında və enerjili çatırlar, bu isə onların akademik göstəricilərinə müsbət təsir edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi