Məmməd Rahim küçəsində qanunsuzluq hökm sürür
03:17 01.10.2025
Sosial
619
Meriya Dövlət Proqramına əməl etmir
BŞİH razılığı olmadan heç bir süpürgə belə səkiyə qoyula bilməz
Paytaxtda səki problemi bitmir. Hansısa küçədə səkilər abadlaşanda sakinlər, piyadalar sevinir. Ertəsi gün başqa bir küçədə səkinin zəbt edildiyi görünür. Yeni tədris ili başlamamış Yasamal rayonu, Məmməd Rahim küçəsi abadlaşdırıldı. Bu küçədə Texniki Universitet və Memarlıq və İnşaat Universitetləri yerləşir. Tələbələr də, piyadalar da sevindi ki, nə yaxşı, yol da, səki də abadlaşdı.
Demə, məqsəd başqa imiş. Səkini ona görə abadlaşdırırmışlar ki, kafe açsınlar. Həm də səkinin hesabına. Hazırda bu küçə boyunca bir neçə yerdə köşklər qoyulub. Təkərlisi də var, təkərsizi də. Ayaqüstü qəlyanaltı xidməti göstərir köşklər. Dönər, hamburger, qəhvə, çay, “İstanbul pilav”, “noxudlu pilav”... Köşklərdən birinin işlədicisi isə gələcəyə hesablanmış addım atıb. Böyründəki digər köşkün kölgəsində, hələlik çox da aşkar görünməyən masa və oturacaqlar qoyub, xidmət göstərir. Bəllidir ki, icazəsiz bunu etmək qeyri-mümkündür. Küçə ticarəti ilə bağlı bəlli qaydalar var. Məsələn, bir neçə gün öncə Sumqayıt şəhərində yerli İcra Hakimiyyəti küçə ticarətiylə məşğul olanları möhkəm “danladı”. Səkilərdəki, yol kənarındakı ticarət köşklərini, piştaxtaları silib-süpürüb atdılar. Qayda-qanun yaratdılar. Bəs Bakıda, şəhərin mərkəzində səkidəcə kafe açmağa kim, hansı qurum icazə verir? Kimdir bu səkinin sahibi?
Yaranmış vəziyyətlə bağlı mütəxəssislər bildirir ki, Bakı şəhərində səkilər Bakı Şəhər İcra Hakimiyətinin balansındadır. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli 456 nömrəli Sərəncamına əsasən (Tədbirlər Planının 8.1.6.7-ci bəndinə uyğun olaraq) Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə küçə və prospektlər üzrə səkilərin mövcud vəziyyətinin araşdırılması, normativ sənədlərin tələblərinə uyğun səkilərin (panduslarla birgə) inşası, o cümlədən mövcud səki hissələrinin zəbt edilməsi hallarının qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir”. Belə! Deməli, səkiyə bir süpürgə də qoymaq olmaz, əgər İcra Hakimiyyətinin razılığı yoxdursa. BŞİH görəsən, Məmməd Rahim küçəsindəki vəziyyəti görmür, xəbəri yoxdur? Xəbəri yoxdursa, deyirik, bildiririk. Amma əgər BŞİH-nin razılığı varsa, o zaman məlum sərəncamı bir daha xatırlasınlar.
P.S. Paytaxt səkilərinin vəziyyətini əks etdirən fotoları davam etdirəcəyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər həlak olub
23:39 08.08.2026
Dünya
Bugünkü reallıqlar İlham Əliyevin siyasətinin nəticəsidir - ŞƏRH
23:27 08.08.2026
Gündəm
Zelenski: Putin kütləvi elan edilməmiş səfərbərlik planlaşdırır
22:57 08.08.2026
Dünya
Oğlu açıqladı: Baydenin vəziyyəti ağırlaşdı
22:30 08.08.2026
Dünya
"Məkkə" NATO-nun 5-ci maddəsinə uyğundur - Fidan
22:23 08.08.2026
Dünya
İsti vurması zamanı nə etməli? - Həyat qurtaran vacib qaydalar
21:57 08.08.2026
Sağlamlıq
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm