
Metronun yeni inkişaf mərhələsi başlayır
Yusif Nəzərli
06:58 19.11.2024
Sosial
685
Aparılan işlər şəxsi avtomobil istifadəsindən ictimai nəqliyyata keçidi təşviq etmək məqsədi daşıyır
Azərbaycanda 2025-ci ilin dövlət büdcəsindən nəqliyyat və rabitə xərcləri üçün 515,6 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb. Bu barədə “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilib. Metroda sərnişindaşıma xidməti üzrə gediş haqqı tariflərinin artımı da nəzərə alınmaqla “Bakı Metropoliteni” QSC-nin sərnişindaşıma xidməti tarifinin maya dəyərindən aşağı olması nəticəsində yaranmış zərərin örtülməsi üçün növbəti ildə 27,7 milyon manat subsidiya nəzərdə tutulub. Qeyd edək ki, metropolitendə xidmət tarifinin maya dəyərindən aşağı olması, gediş haqqının bir sərnişinin daşınmasına sərf olunan vəsaitlə uyğun gəlməməsi çox zaman müzakirə mövzusu olub. Lakin həmişə də dövlət metropolitenə subsidiya ayırmaqla zərəri qarşılayıb. Növbəti ildə də metropolitenə subsidiya ayrılacaq. Bu, metroda gedişhaqqının qalxmayacağı anlamına gəlirmi və sərnişinlər ən rahat və sərfəli nəqliyyat növü olan metroda gedişhaqqının qalxmayacağına ümid edə bilərmi?
Yol-nəqliyyat məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az"a açıqlamasında qeyd etdi ki, metroda gedişhaqqının qalxacağı müzakirə mövzusu ola bilməz:

- Metropolitenə subsidiya ayrılması praktikası illərdir var. Zərər isə ona görə əmələ gəlmişdi ki, pandemiya dövründə metropoliten uzun müddət, təxminən 270 gün qapalı qaldı. Sonra mərhələli şəkildə sərnişin dövriyyəsinin artırılmasına başlandı. Yəni kəsir buna görə əmələ gəldi. Ayrılan subsidiya isə riskləri qarşılayır. Metroda gedişhaqqının qalxacağı ilə bağlı da proqnoz yoxdur. Əksinə, metronun yeni inkişaf mərhələsi başlayır. Metronun inkişafı ilə bağlı memorandum imzalanıb. Çox güman ki, Avropa İnvestisiya Bankından kredit götürüləcək, yeni xətlər çəkiləcək. Bu da metroda effektiv daşınmanın təmin olunmasına kömək edəcək. Xatırladım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olarkən dövlət başçısına Bakı metropoliteninin perspektiv inkişaf planı təqdim olundu. Metropolitenin inkişaf prioritetlərinə “Bənövşəyi xətt”in Babək prospektinə kimi uzadılması, Sahil stansiyasında “Bənövşəyi xətt”ə keçidin olacağı, Xətai-Həzi Aslanov xəttinin tikintisi daxildir. Xərclər təxminən 4 milyard manata kimi təşkil edə bilər. Nəticədə metropoliten xidmətindən 120 milyon əlavə sərnişin istifadə edə bilər.
R.Ağamirzəyev qeyd etdi ki, Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Avropa İnvestisiya Bankı arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, tərəflər Bakı Metropoliteni şəbəkəsinin yenilənməsi, genişləndirilməsi və modernləşdirilməsi layihəsinin hazırlanması, tam qiymətləndirilməsi məqsədilə əməkdaşlıq edəcəklər. Anlaşma Memorandumunun icrası paytaxtda mobilliyin inkişafı istiqamətində mühüm addım olacaq, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə və çirklənmənin qarşısının alınması istiqamətində səyləri gücləndirəcək. “Metropolitenin inkişafı “Bakı şəhərinin mobillik proqramı”nın əsas komponentidir. Həmin layihədə metronun əlçatanlığının və xidmət keyfiyyətinin artırılması üçün 9 yeni stansiyanın inşası, eləcə də mövcud infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur. Aparılan işlər şəxsi avtomobil istifadəsindən ictimai nəqliyyata keçidi təşviq etmək məqsədi daşıyır. Bu da insanların yola sərf etdikləri vaxtı azaltmağa kömək edəcək və şəhərin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Okeanlarda temperatur rekord həddə çatdı
01:01 25.08.2026
Ekologiya
İran və Pakistan Hörmüz boğazının təhlükəsizliyini müzakirə etdi
00:37 25.08.2026
Şou
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm