Nazirlik: Şəxsin pensiya kapitalından vaxtından əvvəl istifadə etməsi nəzərdə tutulmayıb
14:25 05.11.2025
Sosial
469
Vətəndaşların pensiya fondunda yığılan kapitalı vaxtından əvvəl istifadə etməsi üçün yeni mexanizmin yaradılıb yaradılmayacağına aydınlıq gətirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən, pensiya kapitalı müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir.
Qeyd edilib ki, şəxsin toplanmış pensiya kapitalından pensiya sığorta hadisəsi (pensiya yaşına çatmaq, əlilliyin müəyyən edilməsi, ailə başçısını itirmək və s.) baş vermədən istifadə etməsi qanunvericilikdə nəzərdə tutulmayıb. Pensiya kapitalı şəxsin yaşa və ya əlilliyə görə pensiya təminatı, yaxud o vəfat etdiyi halda ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya təminatı məqsədi üçün nəzərdə tutulur.
Şəxs pensiya yaşına çatdıqda və ya pensiya yaşına çatanadək əlilliyə məruz qaldıqda pensiya kapitalı əsasında ona aylıq pensiya təyin olunur.
Nəzərə çatdırılıb ki, vəfat etdiyi halda isə pensiya kapitalı müqabilində ailə üzvlərinə pensiya təyin edilərək ödənilir. Yəni şəxsin topladığı pensiya kapitalı o, vəfat etdikdə də ailə üzvlərinin sosial təminatına yönəldilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya