Niyaməddin Orduxanlı: “Bələdiyyələrdə gender komissiyaları xanımların rolunu gücləndirəcək”
Yusif Nəzərli
05:07 26.09.2025
Sosial
609
Bələdiyyə institutunda 40 faizə yaxın xanım təmsil olunur
Ancaq siyasi partiyalarda qadınların azlığı gender bərabərliyini pozur
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova jurnalistlər üçün təşkil edilmiş "Gender bərabərliyi və gender əsaslı ayrı-seçkilik" mövzusunda deyib ki, Azərbaycanda bələdiyyələrdə gender komissiyaları yaradılıb. O bildirib ki, bununla bağlı layihə komitənin təşəbbüsü ilə reallaşıb. Vurğulayıb ki, bələdiyyələr bir kənddə və ya qəsəbədəki hadisəni daha tez araşdırıb, təhlil edə bilər: "Onlar fəaliyyət göstərdikləri yerlərdəki ailələrə, onların problemlərinə daha yaxşı bələddirlər. Bu zaman məişət zorakılığı və erkən nikah kimi neqativ halların qarşısı daha tez alına bilər. Media ailələrdə problem baş verdikdə öncə həmin ərazidəki qurumlara müraciət etsə, onlar məsuliyyətini daha çox başa düşər. Amma mətbuat ilk komitəyə müraciət edir".
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının baş katibi, bələdiyyə sistemində uzun illər fəaliyyət göstərən Niyaməddin Orduxanlı Sherg.az-a deyib ki, bələdiyyələrdə gender komissiyalarının yaradılması müsbət haldır. Ekspert vurğulayıb ki, ümumiyyətlə, bələdiyyələrin özündə də gender bərabərliyinin qorunması, xanımların bələdiyyə üzvü seçilməsi, müəyyən vəzifələrə çəkilməsi çox vacib nüansdır:
"Nəinki bələdiyyələrdə, digər bütün qurumlarda, dövlət idarəçiliyində, siyasi fəaliyyətdə, qanunvericilik orqanlarında, məhkəmə sistemlərində, o cümlədən yerli idarəetmə strukturlarında xanımların aktivliyini təmin etmək olduqca zəruridir. Uzun illər bələdiyyə institutunda təmsil olunan bir şəxs kimi deyirəm ki, yerli idarəçilik sistemini mümkün qədər təkmilləşdirmək, fəaliyyətlərini genişləndirmək, səlahiyyətlərini artırmaq lazımdır. O zaman bələdiyyələrin fəaliyyətində effektivlik də artmış olar".
N.Orduxanlı bildirib ki, son bələdiyyə seçkilərində üzvlərin təxminən 40 faizə yaxını xanımlardan ibarət olub:
"Bələdiyyələrin birləşdirilməsi qərarından sonra 1700 bələdiyyənin sayı 685-ə endirildi. Seçilən bələdiyyə üzvləri 8 mindən çox idi. 3 minə yaxın üzvün xanımlardan ibarət olması sevindiricidir. Bir sıra bölgələrdə bələdiyyə sədrləri, yaxud sədr müavinləri xanımlardan seçildi. Bələdiyyə nəzdində gender komissiyalarının effektli fəaliyyət göstərəcəyinə şübhə etmirəm. Bir məqamı da təəssüflə qeyd edim ki, siyasi partiyalarda xanımların sayı həddindən artıq azdır. Bu məqam gender bərabərliyini pozur. Siyasi partiyalarda da xanımların iştirakının, rolunun artırılması istiqamətində müəyyən addımlar atılmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü
19:02 24.09.2026
Siyasət
Si Cinpin: Çin və ABŞ tarixi məsuliyyət daşıyır
18:55 24.09.2026
Dünya