Ötən il Azərbaycanda doğulan uşaqların sayı açıqlandı

Ötən il Azərbaycanda 96062 uşağın doğumu qeydə alınıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.

Uşaqlardan 45024-ü qız, 51038-i isə oğlandır.

Xatırladaq ki, 2024-cü ildə ölkədə 102961 uşaq doğulub.