Cari ilin yanvarında Türkiyədə əcnəbilərə ümumilikdə 1306 ev satılıb. Azərbaycan vətəndaşları isə ötən ay qonşu dövlətdən 54 daşınmaz əmlak alıblar. Bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 5,88%% artıb.
Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, yanvarda qonşu ölkədə xaricilərə mənzil satışı əvvəlki ilin eyni dövrünə görə 20,8% azalıb.
Ötən ay ən çox daşınmaz əmlak Rusiya Federasiyası vətəndaşlarına satılıb (219). İkinci yerdə İran vətəndaşları qərarlaşıb – onlar Türkiyədən 118 ev alıb. Ukrayna vətəndaşları isə ötən ay 77 mənzil alaraq üçüncü yerdə qərarlaşıblar.
Xatırladaq ki, ötən il azərbaycanlılar Türkiyədən 983 mənzil alıb. Eyni zamanda, 2025-ci ildə Türkiyədə erməniəsilli şəxslərə 3 ev satılıb.