Ötən il məcburi köçkünlərin kommunal xərclərinə bu qədər ödənilib
Yusif Nəzərli
07:38 14.03.2025
Sosial
288
Keçən il işğaldan azad olunan ərazilərə köçürülən sakinlər də daxil olmaqla cəmi 1 920 məcburi köçkün ailəsi (7 705 nəfər) mənzillə (evlə) təmin olunub.
Sherg.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında əks olunub.
Hesabat dövrünün sonuna vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərin sayı 408,4 min nəfər təşkil edib ki, bunlardan da 50,2 min nəfər 33 manat, 358,2 min nəfər isə 60 manat alanlardır.
Bu məqsədlə dövlət büdcəsindən məcburi köçkünlərə ümumilikdə 287,2 mln. manat (o cümlədən 919,1 min manat bank xərcləri) məbləğində vəsait xərclənib.
İl ərzində məcburi köçkünlərin siyahılarında mütəmadi olaraq aparılan dürüstləşmələr nəticəsində müavinət alanların sayı 39,1 min nəfər azalıb ki, bunun da 31 min nəfəri təmas xəttinə yaxın olan ərazilərin payına düşür.
Bundan başqa, ölkə ərazisində ictimai və inzibati binalarda məskunlaşmış məcburi köçkünlərin istifadə etdiyi içməli su, təbii qaz və elektrik enerjisi sərfiyyatına, eləcə də çirkab suların axıdılması və məişət tullantılarının daşınmasına görə keçən il ərzində dövlət büdcəsindən ümumilikdə 18 milyon 925 min 800 manat vəsait kommunal xidmət təşkilatlarının hesabına köçürülüb.
Eyni zamanda dövlət ali və orta ixtisas təhsil müəssisələrinə 2024/2025-ci tədris ilində ödənişli əsaslarla yeni qəbul olan və təhsil xərcləri dövlət tərəfindən qarşılanan məcburi köçkün statuslu tələbələrin sayı ümumilikdə 4 min 271 nəfər təşkil edib.
Həmçinin ötən il məcburi köçkünlərin mənzil-məişət problemlərinin (yararsız hala düşmüş mənzillərdə və fərdi evlərdə təmir işlərinin aparılması, dam örtüyünün dəyişdirilməsi, aztəminatlı məcburi köçkün ailələrinin yataq dəsti və geyimlə təmin olunması) həlli məqsədilə 2854 min manat vəsait xərclənib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm