
Professor: Əlilliyi və problemi olan şəxslərə dərmanların çatdırılması mümkündür
Yusif Nəzərli
10:44 30.01.2025
Sosial
746
Pulsuz dərman vasitələri ilə bağlı yeni qayda tətbiqi nəzərdə tutulur.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin keçirilən iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova deyib.
O bildirib ki, pulsuz dərman vasitələri şəxslərə evlərində, ya da əczaçılar tərəfindən çatdırılacaq: “Pulsuz dərmana ehtiyacı olan və kəndlərdə regionlarda yaşayan şəxslər rayon mərkəzinə gəlməyə məcbur olur. Həmin şəxslərin səhhətində onsuz da problem var”.
Komitə sədri Əhliman Əmiraslanov isə bildirib ki, şiş əleyhinə olan dərman vasitələrinin bölgələrdə evlərdə əhaliyə çatdırılması mümkün deyil: "Çünki həmin dərmanların saxlanması üçün şərait uyğun olmalıdır. Bu da regionlarda mümkün deyil".
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, pulsuz dərman icbari tibbi sığorta paketinə daxil olan dərmanlara deyilir:

“Bunlar adətən xəstələrə, stasionar və ambulator qaydada verilə bilər. Sadəcə, sözügedən dərmanların ictimaiyyətə açıq siyahısı olmalıdır. Yəni hamı bilməlidir ki, bu dərmanlar xəstələrə pulsuz verilir. Ümumiyyətləı İcbari tibbi sığorta paketinə daxil olduğu üçün bu dərmanların konkret qiymətləri var. Ona görə də istehsal yeri, dərmanın adı, satış adı, bütün bunlar hamısı konkret olmalıdır. Bu olacağı təqdirdə dərmanın evə çatdırılması və yaxud da xəstənin gedib özünün alınmasının bir fərqi yoxdur. Yəni bu halda məsələlər öz özlüyündə həllini tapır. Digər tərəfdən əlilliyi və problemi olan şəxslərə əlavə xidmət olaraq evinə dərmanların çatdırılması, ona nəzarət edilməsi mümkündür. Ümumiyyətlə xaricdə də bu cür xidmət var. Tək, yaşlı və digər adamların dərman qəbuluna nəzarət edilir. Düşünürəm ki, bütün əhali üçün buna ehtiyac yoxdur. Çüngi gedib həmin dərmanları resepti ilə konkret ala bilərlər. Bu zaman reseptin surəti götürülür, hər bir nömrəsi olur və İcbari Tibbi Sığorta da onun qeydiyyatını aparır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
17 yaşlı Azərbaycan çempionu vəfat etdi
18:07 02.11.2026
Hadisə
İspaniyanın Baş naziri: Biz Vaşinqtondan idarə olunmuruq
18:01 02.11.2026
Dünya
Paşinyanın ittihamlarında həqiqət var - Natiq Cəfərli
17:51 02.11.2026
Gündəm
İrana nüvə zərbəsi ABŞ-ın dünya liderliyini sarsıda bilər - ŞƏRH
16:57 02.11.2026
Aktual
Donald Tramp: İran məsələsini tam bitirməmişik
16:30 02.11.2026
Aktual
Pezeşkian: Məni öldürə bilərlər
16:15 02.11.2026
Region
Sumqayıtda gənc qızın meyiti tapılıb
16:07 02.11.2026
Hadisə
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
15:59 02.11.2026
Hadisə
Luis Enrike PSJ tarixində rekorda imza atdı
15:51 02.11.2026
Futbol
Mərkəz direktoru və meşəbəyi rüşvət ittihamı ilə saxlanılıb
15:47 02.11.2026
Sosial