
Psixoloq: Qardaşın qardaşı öldürməsi cəmiyyətimiz üçün ağrılı və düşündürücü hadisədir
Yusif Nəzərli
10:24 09.06.2025
Sosial
431
Zeynəb Əyyubova: Bəzən susqunluq illərlə yığılıb psixoloji partlayışa çevrilə bilər
Ağstafa rayonunda ailə münaqişəsi qanla bitib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
1988-ci il təvəllüdlü Abdulla Gəncəliyev kəsici alətlə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
lkin məlumata görə, hadisəni törətməkdə qardaşı 1990-cı il təvəllüdlü Vaqif Gəncəliyev şübhəli bilinir.
Belə ki, atası ilə mübahisə edən qardaşını ayırmağa çalışan V. Gəncəliyev kəsici alətlə A. Gəncəliyevə qol və çiyin nahiyyəsindən xəsarət yetirib.
Hazırda yaralının vəziyyəti kafidir.
Psixoloq Zeynəb Əyyubova Sherg.az-a bildirib ki, Ailədaxili qətl, xüsusilə də qardaşın qardaşı öldürməsi, cəmiyyətimiz üçün son dərəcə ağrılı və düşündürücü hadisədir:

“Bu cür cinayətlərin köklərində adətən dərin psixoloji və sosial faktorlar dayanır. Birinci növbədə qeyd etməliyəm ki, ailədaxili münasibətlərdə uzun müddət yığılan, amma ifadə olunmayan emosiyalar — kin, qısqanclıq, dəyərsizlik hissi, diqqət çatışmazlığı və ya uşaqlıq travmaları zamanla partlayışa səbəb ola bilər. Bu cür hallarda insanlar bir-birlərini rəqib, təhdid və ya düşmən kimi qavramağa başlayırlar.
Qardaşlar arasında düşmənçiliyin əsas psixoloji kökləri bunlar ola bilər:
Valideynlərin bir övlada daha çox diqqət göstərməsi (seçkilik);
Maddi məsələlər və miras üstündə uzun sürən münaqişələr;
Həll olunmamış uşaq vaxtı travmaları və incikliklər;
Ailədə zorakılıq və ya emosional laqeydlik mühiti.
Bu tip hadisələr daha çox emosional savadsızlığın, ailədaxili ünsiyyətin yoxluğunun, psixoloji dəstəyə əlçatmazlığın və ya ona etinasız yanaşmanın olduğu mühitlərdə baş verir. Çox zaman insanlar daxili gərginliklərini illərlə içinə yığıb saxlayır və nəticədə bir qığılcımla bu gərginlik partlayışa çevrilir. Ən vacib addım emosional maarifləndirmə və psixoloji dəstəyin normallaşdırılmasıdır. İnsanlar psixoloqa getməyə utanmamalıdırlar. Hər ailədə mübahisə ola bilər. Amma bu mübahisələrin həll yollarını tapmamaq və duyğuları idarə edə bilməmək faciəyə yaradar. Ailədaxili ünsiyyətin gücləndirilməsi, empati qurma bacarığının inkişaf etdirilməsi, uşaq yaşlardan etibarən duyğusal tərbiyənin verilməsi bu riskləri azaldar. Münaqişələr yarananda ya tərəflər öz aralarında açıq və sağlam şəkildə danışmalı, ya da mütəxəssis dəstəyinə müraciət etməlidirlər. Unutmamalıyıq ki, susmaq hər zaman sülh deyil. Bəzən susqunluq illərlə yığılıb psixoloji partlayışa çevrilə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə