
Qadınlar kənddə yaşamaq istəmir -"Şəhərdə yel əsib, qoz tökülüb"?
11:41 15.05.2025
Sosial
343
Abşeronda ər rayona getmək istəməyən arvadını döyüb evdən qovub.
Oxu.az-a xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.
1983-cü il təvəllüdlü Fərasət Məcidov (adı və soyadı şərtidir) rayondan gəlib, Abşeron rayonunun Xırdalan qəsəbəsində məskunlaşıb. Onların birgə nikahdan 3 övladları dünyaya gəlib. Bir neçə il ailəsi ilə birlikdə Xırdalanda yaşayan F.Məcidov bir müddət sonra iş tapa bilməyib və içkiyə qurşanıb. Dolanışıq səviyyəsinin get-gedə çətinləşdiyini görən ər ailəsi ilə birlikdə rayona qayıtmaq istəyib. Amma həyat yoldaşı övladlarının Xırdalan şəhərində orta məktəbdə təhsil aldıqlarını əsas gətirərək rayona köçməkdən imtina edib. Bundan əsəbiləşən F.Məcidov həyat yoldaşı ilə mübahisə edib. Mübahisə nəticəsində o, arvadını döyərək kirayə yaşadığı evdən qovub.
İşə polis qarışıb və faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmə tərəflərin barışdığını nəzərə alıb, ər həyat yoldaşına vurduğu ziyanı ödədiyi üçün cinayət işinə xitam verilib.
Sosioloq Mətanət Məmmədova Sherg.az-a bildirib ki, xüsusilə rayon yerlərində yaşayan qadınlarımızda şəhər eşqi var:

“Düşünürlər ki, şəhərdə həyat daha işıqlı, daha təmtəraqlıdır və kənddə olan ağır işlər orada yoxdur. Bu nöqteyi nəzərdən qadınlar nədənsə Bakı şəhərində yaşamağa meylli olurlar. Bəlkə də Bakı paytaxt olduğu üçün bura can atan qadınlarımız daha çoxdur. Mən də bu məsələ ilə tanış olmuşam. Əslində ağıllı qadın bu situasiyada öz ailəsini xilas edə bilirdi. Rayonların hər birində, ən ucqar kəndlərdə belə gözəl məktəblər fəaliyyət göstərir. Yəni bunu səbəb kimi göstərmək ağılsızlıqdır və getməmək üçün bəhanədir. Həqiqətən, indiki müasir dövrümüzdə uşaqların tərbiyəli böyüməsi üçün rayonlar, şəhərlərdən daha əlverişlidir. Dünyanın hər bir yerində böyük şəhərlərdə hər xarakterdə olan insanlar toplaşır və onlar uşaqlardan istifadə etməyə çalışır. Amma rayon yerlərində bu bir qədər zəifdir. Ona görə də rayon yerlərində uşaqları böyütmək şəhər yerlərindən daha əlverişlidir. Eyni zamanda sağlamlıq nöqteyi nəzərindən böyük şəhərlərdə sıxlıq olu. Avtomobillərin və zavodların sayı çox olduğuna görə də hava hər an çirklənir. Lakin rayon yerlərində hava təmizdir, oksigen boldur, günəşlidir".
Sosioloq əlavə edib ki, hər bir şüurlu insan şiddət yox, digər variantlar tapmalıdır:
"Məsələn, həyat yoldaşının atasına, anasına müraciət edib onu başa salmasını istəyə bilərdi, nəinki ona zorakılıq tətbiq eləmək. Cəmiyyətdə insan kimi doğulan, insan kimi yaşamaq istəyən heç vaxt öz həyat yoldaşına əl qaldırmaz, zorakılıq tətbiq etməz. Düşünürəm ki, bu ailədə yəqin ki, ortaq bir məxrəc seçilməyib. Çünki seçilsəydi hadisə belə yekunlaşmazdı. Zənnimcə onların həyatında həftədə bir iki dəfə bu söhbət yenilənəcək. Ümumiyyətlə kişi bir dəfə qadına əl qaldırırsa, o davamlı olaraq edəcək. Çünki əl qaldırmaq kişilərdə bir xarakterdir. O xarakteridə başqalarının diktəsi ilə iki üç günlüyə dəyişmək olar. Mənim fikrimcə qadına əl qaldıran bir kişi qadın onu bağışlasa da, hüquq mühafizə orqanları tərəfindən azad buraxılmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya