Qadınların əmək hüquqlarının pozulmasına dair məlumatlar açıqlanacaq

Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.

“APA-Economics” xəbər verir ki, yol xəritəsinə görə, cari ilin 1 iyul tarixinə qədər iş yerlərində qadınların əmək hüquqlarının pozulması hallarına dair statistik məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı tədbirlər görüləcək.

Ətraflı
Ad - 00:05
Eyni zamanda 1 iyul tarixinə qədər əmək mübahisələrinin cinslər üzrə bölgüsünə dair statistik məlumatların və analıq məzuniyyətinə çıxan şəxslər üzrə statistik məlumatların ictimaiyyətə açıqlanması ilə bağlı müvafiq tədbirlərin görülməsi planlaşdırılır.