Qazaxın Daş Salahlı kəndində 13 ailə qazsız qalıb
Yusif Nəzərli
08:07 21.02.2025
Sosial
538
13 ildir problemlərinin həll olunacağı ümidi ilə yaşayan ailələr bu qışı da qazsız keçirmək məcburiyyətində qalıblar
Qazaxın Daş Salahlı kənd sakinləri qaz problemindən şikayətçidirlər. Ölkədə aparılan qazlaşdırma siyasəti nəticəsində 2012-ci ildən sözügedən kənd sakinlərinin böyük əksəriyyəti təbii qazla təmin edilsələr də, 13 ailə qazsız qalıb. 13 ildir problemlərinin həll olunacağı ümidi ilə yaşayan ailələr bu qışı da qazsız keçirmək məcburiyyətində qalıblar.
“Şərq” redaksiyasına müraciət edən bir qrup kənd sakininin sözlərinə görə, kəndin hər tərəfinə qaz çəkiblər, məhz bu ailələrin yaşadığı küçəni görməzdən gəliblər. Azərbaycanda əhalinin təbii qaza olan tələbatının tam ödənilməsi, istehlakçıların qazla təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülməsi barədə ölkə başçısının sərəncam və tapşırıqlarını xatırladan kənd sakinləri “Azəriqaz” İstehsalat Birliyinin laqeydliyindən gileyləniblər: “2012-ci ildə Daş Salahlı kəndinə qaz xətti çəkilərkən müəyyən ərazi bu prosesdən kənarda qalıb. Həmin ərazidə 13 ailə yaşayır. Bu məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, məsələ öz həllini tapmayıb. Kənd sakinləri müvafiq qurumlardan bu problemin araşdırılmasını və lazımi tədbirlərin görülməsini xahiş edirlər.
Sözügedən “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəisi Eldəniz Vəliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, respublika ərazisindəki rayonların və kəndlərin qazlaşdırılması zamanı hansısa bir küçənin və ya fərdi yaşayış evinin layihədən kənarda qalması mümkün deyil. Güman ki, sözügedən sakinlərin yaşadığı küçə və konkret fərdi yaşayış evləri Daş Salahlı kəndinin qaz borularının layihələndirilməsi və qaz xətlərinin çəkilməsindən sonra inşa edilib. Ona görə də həmin dövrdə küçə “Azəriqaz” İB tərəfindən qazla təmin edilməyib:
“Dövlət Proqramı çərçivəsində dövlət sifarişi ilə mərhələli şəkildə ilk növbədə təbii qazdan istifadə etməyən yaşayış məntəqələri və yeni yaşayış massivləri qazlaşdırılır. “Azəriqaz”İB yaşayış məntəqələrinin qazlaşdırılmasını öz maddi vəsaitləri hesabına icra etdiyi üçün mərhələlilik prinsipi qorunur. İB-nin maliyyə imkanlarından asılı olaraq növbəti mərhələlərdə qazsız qalan yaşayış massivləri və küçələrin qazlaşdırılmasına baxıla bilər. Lakin qeyd etdiyim kimi, bu proses mərhələli şəkildə aparılır və həmin küçənin nə vaxt plana daxil ediləcəyini qeyd etmək çətindir. Əgər vətəndaşlar işi sürətləndirmək və qısa zaman ərzində qazla təmin olunmaq istəyirlərsə, sənədlərini qaydasına salıb “ASAN Kommunal”a müraciət edə bilərlər. Bir daha qeyd edim ki, paylayıcı küçə qaz xətti olmayan və ya qaz təchizatı mənbəyindən aralı olan yaşayış sahələrindəki fərdi evlərin vətəndaşların öz vəsaiti hesabına qazlaşdırılması üçün vətəndaş ilk növbədə texniki şərti almaq üçün (ödənişsizdir) “Asan Xidmət” mərkəzinə müraciət etməlidir. Texniki şərt əsasında vətəndaşın öz vəsaiti hesabına layihə hazırlanmalı, müvafiq razılaşdırmalardan keçirilməli və podratçı tərəfindən küçə qaz xətti çəkilməli, “Azəriqaz” İB-nin struktur bölməsinin iştirakı ilə istismara qəbul edilməlidir”.
E.Vəliyevin sözlərinə görə, fərdi yaşayış evinin qazlaşdırılması müvafiq sahədə xüsusi lisenziyası (icazəsi) olan podratçı tərəfindən icra edilir:
"Vətəndaşın seçdiyi podratçı tərəfindən ilk növbədə qazlaşdırılma mümkünlüyü yerində araşdırılır, “Azəriqaz” İB-nin yerli struktur bölmələrinin iştirakı ilə sorğu blankı və prinsipial sxem təsdiqlənir, işin həcmi müəyyən edilir və vətəndaşla podratçı arasında müqavilə bağlanılır. Müqavilə əsasında vətəndaşın vəsaiti hesabına qazlaşdırılma işləri həyata keçirilir. Qazlaşdırılma işləri tamamlandıqdan, məişət qaz sayğacı quraşdırıldıqdan və istismara qəbul edildikdən sonra “Azəriqaz” İB tərəfindən ödənişsiz olaraq qaz sayğacı və abonent qeydiyyata alınır, qazın alqı-satqısı barədə müqavilə bağlanılır və müvafiq qaydada təbii qazın verilməsi təmin olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə