
Şagirdlərin məzarlıqdakı qeyri-etik davranışları onların adət-ənənələri bilməməsindən irəli gəlir -RƏY
Yusif Nəzərli
07:18 07.01.2025
Sosial
518
Valideynlərin günahıdır
“Bunları böyüklər kiçiklərə təlqin etməlidir. Əgər ailənin böyükləri kiçikləri nə vaxtsa yanında məzarlığa aparmayıbsa, orada necə davranılmalı olduğunu əyani olaraq göstərməyibsə, əlbəttə, uşaqlar bu haqda heç nə bilməyəcək, məzarlığa əyləncə yeri kimi baxacaqlar”
Sosial şəbəkələrdə Lənkəranda bir neçə yeniyetmənin qəbiristanlıqda qeyri-etik hərəkətlər etməsini əks etdirən görüntülər yayılıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə ötən ilin 23 dekabr tarixində baş verib. Belə ki, orta məktəb şagirdi olan yeniyetmələrdən biri məzarın üzərindəki şəklə pomada ilə rəsm çəkib. Həmçinin onlar hərəkətlərini davam etdirərək qeyri-etik ifadələr işlədiblər, qəbirlərin üstünə çıxaraq qaçıblar. Onlar etdikləri hərəkətləri digər dostları ilə də paylaşıblar və beləliklə, görüntülər yayılıb. Video sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İstifadəçilərin bir çoxu həmin yeniyetmələrin saxlanılaraq cəzalandırılmasının, valideynlərinin də məsuliyyətə cəlb edilməsinin vacib olduğunu qeyd ediblər. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev sorğumuza cavab olaraq bildirib ki, artıq həmin yeniyetmələrlə bağlı tədbirlər görülüb: “Həmin əməli törədən azyaşlılar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Valideynlər və pedaqoqların iştirakı ilə izahatları alınaraq araşdırma aparılıb. Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqları üçün barələrində cinayət işinin başlanması rədd edilib. Həmin azyaşlılarla profilaktiki söhbətlər aparılmaqla qəbul edilmiş qərar aidiyyəti üzrə Rayon İcra Hakimiyyəti yanında müvafiq komissiyaya göndəriləcək”.
Təhsil eksperti Elçin Süleymanov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, şagirdlərin asudə vaxtlarında və ümumiyyətlə, məktəbə gedərkən, istərsə də məktəbdən qayıdarkən davranışlarının məktəb tərəfindən tənzimlənməsi təbii ki, çətindir, burada valideyn dövrəyə daxil olmalıdır:

- Valideyn övladlarının məktəbdən kənar davranışları, asudə vaxtını harada, necə keçirdiyi ilə maraqlanmalıdır. Bütün problemlər nəzarətsizlikdən, plansızlıqdan, boşluqdan yaranır. Valideynlər məişət problemləri, iş səbəbindən övladlarına lazımi diqqət göstərə bilmir. Ciddi nəzarət edə bilmirlər. Yuxarı sinif şagirdlərini imtahanlara hazırlıq müəyyən qədər məşğul edir. Daha aşağı siniflərdə nəzarətsizlik zərərli vərdişlərə səbəb olur.
E.Süleymanov bildirdi ki, şagirdlərin məzarlıqdakı qeyri-etik davranışları onların adət-ənənələri bilməməsindən irəli gəlir:
- Bu da valideynlərin günahıdır. Xalqımızın əsrlərdir qorunan adət-ənənələri var. Onlardan biri də rəhmətə getmiş insanların ruhuna hörmətlə yanaşmaqdır. Məzarlıqlarla bağlı konkret qayda-qanunlar var. Orada uca səslə danışılmaz, gülüş səsləri olmamalıdır, cismi məzarda uyuyan şəxslərə hörmət əlaməti olaraq sükuta, sakitliyə riayət etmək, kim bilirsə, ölmüşlərin ruhuna dua oxumaq, qəbirlərin üzərini təmizləmək, ehtiram göstərmək bu qaydalara daxildir. Bunlar bizim mentalitetimizə daxil olan qaydalardır. Bunları böyüklər kiçiklərə təlqin etməlidir. Əgər ailənin böyükləri kiçikləri nə vaxtsa yanında məzarlığa aparmayıbsa, orada necə davranılmalı olduğunu əyani olaraq göstərməyibsə, əlbəttə, uşaqlar bu haqda heç nə bilməyəcək, məzarlığa əyləncə yeri kimi baxacaqlar. Adət-ənənələr, mentalitet qaydaları, ictimai davranış qaydaları davamlı şəkildə uşaqlara aşılanmalıdır. Sözlə deyil, davranış vasitəsilə təlqin edilməlidir. Valideyn qeyri-etik davranışlar sərgiləyirsə, adət-ənənələrə məhəl qoymursa, aqressiya nümayiş etdirirsə, uşaq da onu özünə model olaraq götürür. İndi sosial şəbəkələr, smart telefonlar valideynləri kifayət qədər məşğul edir, övladlara nəzarət imkanlarını azaldır, onlara lazımi qədər vaxt ayıra, diqqət göstərə bilmir, asudə vaxtın səmərəli bölünməsini də təşkil edə bilmirlər. Yaxşı olar ki, valideynlər övladlarını idmana, musiqi və incəsənətə marağını artırsın və bu cür məşğələlərə yönləndirsinlər. Valideynlər övladlarına qarşı daha həssas, diqqətli olmalıdır. Kitab oxumağa, mütaliəyə həvəsləndirsinlər. Övladları ilə bərabər gəzintilər mənfi davranışların aradan qalxmasına kömək edər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Suriyada partlayış olub, ölən və yaralananlar var
15:43 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm
Rusiya Gürcüstan üzərindən Ermənistana daşımaları dayandıra bilər
14:48 24.08.2026
Gündəm
Günə 77 qəpiyə “Nar”dan smartfon!
14:41 24.08.2026
Cəmiyyət
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə